11
sabit qalmasını dəstəkləyəcəkdir. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş
makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi
1,7 manat səviyyəsində götürülmüşdür.
Eyni zamanda, inflyasiya səviyyəsinin tənzimlənməsi ortamüddətli dövrdə əhalinin
sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcəkdir. Proqnozlara əsasən növbəti il və
sonrakı üç ildə
əhalinin gəlirlərinin artaraq 2026-cı ildə 91,9 milyard manata,
xərclərinin
isə 89,2 milyard manata qədər yüksəlməsi gözlənilir (qrafik 7).
Qrafik 7. 2022-2026-cı illər üzrə əhalinin nominal gəlir və xərcləri (sol şkala,
mlrd. manatla) və orta aylıq əməkhaqqı səviyyəsi (sağ şkala, manatla)
Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
2023-cü ildə əsas neft-qaz kontraktları çərçivəsində investisiya qoyuluşlarının azalma
fazasında olması nəzərə alınmaqla, əsas kapitala investisiyalar üzrə növbəti ildə 2,8%,
sonrakı üç ildə isə orta illik 2,9% artım olacağı, o cümlədən qeyri-neft/qaz sektoru üzrə əsas
kapitala investisiyaların növbəti ildə 5,8%, sonrakı üç ildə isə orta illik 6,4% artacağı
proqnozlaşdırılır.
“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın reallaşdırılması, işğaldan
azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və
regional nəqliyyat-logistika dəhlizləri, habelə iqtisadi və struktur-institusional islahatlar cari
və növbəti illərdə ölkə iqtisadiyyatının inkişafına böyük təkan verəcəkdir. Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarında infrastrukturun yenidən qurulması, digər abadlıq-quruculuq
işlərinin həyata keçirilməsi sayəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası
təmin olunacaq ki, bu da öz növbəsində iqtisadiyyatın bir çox sektorlarının inkişafı üçün yeni
imkanlar yaradacaqdır. Digər tərəfdən, həmin bölgədə kommunikasiyaların açılması
regionda sülhün, təhlükəsizliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın əsasını
qoyacaqdır.
Dostları ilə paylaş: