Ad: Aygün Soyad: Memmedova Kurs: 2 Fənn: Otel



Yüklə 208,19 Kb.
tarix01.01.2022
ölçüsü208,19 Kb.
#106958
Standartlaşdirma.Aygün

Ad:Aygün Soyad:Memmedova Kurs:2 Fənn:Otel.key.nəz.prot.qayda.restoran.admin.

Mövzu: Icbari və könüllü sertifikatlaşdırma.


Plan

1.Sertifikatlaşdırma nədir.

2.Sertifikatlaşdırmanın növləri.

3.Icbari və könüllü sertifikatlaşdırma.

Sertifikatlaşdırma

Sertifikatlaşdırma – uyğunluğu qiymətləndirən qurum tərəfindən malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqidir.

Sertifikatlaşdır-manın əsas məqsədi

  • Sertifikatlaşdırmanın əsas məqsədi – əhalinin həyatı, sağlamlığı, əmlak və ətraf mühit üçün təhlükəli olan məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısını almaq, istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməkliyin göstərilməsi, sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaqdır.

Sertifikatlaşdırma – məhsul, proses və ya xidmətin

qəbul edilmiş tələblərə uyğunluğuna üçüncü tərəfin yazılı zəmanət verməsi prosedurudur.

Sertifikatlaşdırma vasitəsilə uyğunluğun təsdiq edilməsinin fərqli cəhəti ondan ibarətdir ki, üçüncü tərəfin vasitəsilə həyata keçirilir - bu nə istehsalçıdan (birinci tərəf) nə də istehlakçıdan (ikinci tərəf) asılıdır.

Məhsulların sertifikatlaşdırılması qaydaları Nazirlər Kabinetinin 343 saylı qərarı ilə tənzimlənir.

Məhsulların sertifikatlaşdırılması zamanı tələb kimi aşağıdakılar çıxış edə bilər:

Azərbaycan Respublikasının qanunvericilik aktları;



Dövlət standartları (həmçinin Azərbaycan Respublikasında tanınmış dövlətlər arası və beynəlxalq standartlar), sanitar normalar və qaydalar, tikinti normaları və qaydaları, təhlükəsizlik normaları və Azərbaycan Respublikasının qanunvericiliyinə görə məhsula dair mütləq tələblər irəli sürən digər sənədlər.

Uyğunluq sertifikatı – obyektin texniki reqlamentlərə, standartların və qaydaların müddəalarına, müqavilə şərtlərinə cavab verib vermədiyini şəhadət edən sənəddir

Sertifikatlaşdırma obyekləri bunlardır:

məhsullar;

● xidmətlər;

● idarəçilik sistemləri;

● personal.

Sertifikatlaşdırma aşağıdakı məqsədlər üçün keçirilir: - Əhalinin həyatı,sağlamlığı, əmlak və ətraf mühit üçün təhlükəli olan məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısını almaq; - istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik; - respublikada müəssisələrin və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaq.

AZS Milli sertifikatlaşdırma sistemi bazar iqtisadiyyatına keçid dövrünün xüsusiyətlərini nəzərə alaraq bir neçə istiqamətdə aparılır: - sertifikatlaşdırma məsələlərinin tənzimlənməsi ehtimalını tək respublikada deyil, həmçinin hökümətlərarası müqaviləyə əsasən yaxın və uzaq xaricdə; - sertifikatlaşdırma qanunlarını pozan günahkar şəxslərin hüquqi məsuliyyıtini artırmaq.

Uyğunluq sertifikatı – obyektin texniki reqlamentlərə, standartların və qaydaların müddəalarına, müqavilə şərtlərinə cavab verib vermədiyini şəhadət edən sənəddir.

Sertifikatlaşdırmanın növləri

Icbari

Könüllü

Məhsulların (xidmətlərin, işlərin) sertifikatlaşdırılması iki istiqamətdə məcburilik və könüllülük əsasında aparıla bilər.

Məcburi sertifikatlaşdırma

  • xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların, proseslərin və xidmətlərin normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiqlənməsidir

Könüllü sertifikatlaşdırma

  • istehsalçının (icraçının, satıcının, tədarükçünün), məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının (sifarişçinin) təşəbbüsü ilə könüllülük əsasında keçirilən sertifikatlaşdırmadır.

☆ Məcburi sertifikatlaşdırma ətraf mühitin mühafizəsi, insanların həyatı, sağlamlığı və əmlakının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məhsullar və xidmətlər üçün həyata keçirilir. Qanunvericiliklə müəyyən edilən bu mallara qoyulan tələblərin bütün istehsalçılar tərəfindən yerinə yetirilməsi məcburi xarakter daşıyır.

☆ Könüllü sertifikatlaşdırma isə o hallarda aparılır ki, məhsullar, proseslər və xidmətlər üçün mövcud standartların və digər normativ sənədlərin tələblərinə riayət olunması dövlət tərəfindən nəzərdə tutulmamışdır. Könüllü sertifikatlaşdırma o məhsullar üçün aparılır ki, onlara məcburi təhlükəsizlik tələbləri şamil edilmir. Bununla yanaşı könüllü sertifikatlaşdırma etibarlılıq, estetik, erqonomik, qənaətcillik və s. göstəricilərin yoxlanması hesabına bazara keyfiyyətsiz malların çıxarılmasını məhdudlaşdırır. Bu zaman könüllü serifikatlaşdırma məcburi sertifikatlaşdırmanı əvəz etmir və onun nəticələri məhsulun buraxılmasını qadağan etmək üçün əsas deyildir.

Diqqətiniz üçün təşəkkürlər


Yüklə 208,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin