Adı İlkin Soyadı



Yüklə 84 Kb.
səhifə3/6
tarix10.01.2022
ölçüsü84 Kb.
#109554
1   2   3   4   5   6
Digər fəaliyyətlər

  • Müxtəlif respublika və beynəlxalq səviyyəli konfrans və simpoziumlarda iştirak. O cümlədən 20 noyabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılğı ilə  Bərdədə, məşhur azərbaycanlı mütəfəkkir Əhməd bin Harun Bərdəlinin vəfatının 1100 illiyinə həsr olunmuş, “Orta əsrlər Bərdəsinin tanınmış alimləri” adlı elmi konfransda “Ərəb Şərqində böyük şöhrət qazanmış azərbaycanlı alim Əhməb bin Harun Bərdəli” mövzusu ilə əsas məruzəçi kimi çıxış etmişdir. 17 sentyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun tövsiyəsi ilə Bakı İslam Universitetində (BİU) bilik günü ilə əlaqədar  “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.

  • 2015-2016-cı illərdə Qafqaz Müsəlmanları İdarəsinin aidiyyətli dövlət qrumları ilə birlikdə ölkə dindarlarını maarifləndirmək məqsədi ilə təşkil etdiyi təkmilləşdirmə kurslarında ümumiyyətlə fəlsəfə, dinşünaslıq, sağlam təfəkkür, ictimai fikir, Azərbaycanın klassik din alimləri, xüsusilə Qurani-Kərimin tarixi, ilahi ifadələrdəki dəqiqlik və ecazkarlıq kimi mövzuları əhatə edən mühazirələr oxumuşdur.

  • 2015, 2016 və 2017-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq əmrləri ilə Bakı İslam Universitetində HS 180100 “Dinşünaslıq” ixtisası üzrə bakalavriat səviyyəsi üçün buraxılış yekun Dövlət Attestasiya Komissiyasının sədri olmuşdur.

  • AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Dinşünaslıq” və “Dinin tarixi və fəlsəfəsi” ixtisasları üzrə İmtahan Komissiyasının üzvüdür.

  • 2015-ci ildən AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının üzvüdür.

  • Hal-hazırda “Erkən islam fikrində iqtidar-müxalifət məsələsi və onun təzahür formaları” adlı doktorluq dissertasiyası üzərində işləyir.



Yüklə 84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin