Fövqəladə hallar
Fövqəladə hadisələrin mövcud olan təsnifatı müxtəlif prinsiplərə əsaslanır və heç də bütün hallarda dəqiq məqsədlərə nail olunmasına imkan vermir, bəzən isə formal məntiqə belə uyğun gəlmir.
Məlumdur ki, fövqəladə hadisə hər hansı sahədə baş verən texnogen, texnogen-təbii, təbii mənşəli elə hadisədir ki, o, əhalinin və istehsalatın uzun illər boyu öz həyat fəaliyyətlərində vərdiş etdiyi hadisə və proseslərin normal parametrlərinin pozulmasına səbəb olur. Fövqəladə hadisələr insanların həyat fəaliyyətinə, iqtisadiyyatın işinə, sosial sahəyə və təbii mühitə xeyli mənfi təsir göstərir.
Fövqəladə hadisələr zamanı ilk növbədə ümumi itkilər və ziyan müəyyən edilir ki, bu da dərhal müvafiq tədbir görmək və zərər çəkmiş rayona kənardan yardım göstərmək barədə qərar qəbul etmək üçün vacibdir.
Fövqəladə hallar növlərinə, əhatə dairəsinə, baş vermə səbəblərinə, vurduğu zərərin ağırlığına və digər əlamətlərinə görə təsnif oluna bilər.
Təsir dairəsinə (miqyasına) görə və nəticələrinin ağırlığı üzrə fövqəladə hadisələr: lokal (qismi), obyekt səciyyəli, yerli, regional, milli və qlobal həcmli ola bilər:
Dostları ilə paylaş: |