Ad: Nİgar soyad: musazadə qrup: 328M1 MÖvzu: FÖVQƏladə hallarin təSNİfati və onlarin xarakteriSTİkasi faküLTƏ: Fİlologiya və TƏRCÜMƏ MƏKTƏBİ



Yüklə 42,99 Kb.
səhifə4/11
tarix31.12.2021
ölçüsü42,99 Kb.
#113107
1   2   3   4   5   6   7   8   9   10   11
FÖVQƏLADƏ HALLARIN TƏSNİFATI

Lokal (qismi) hadisələr iş yerindən, iş sahəsindən, mənzil dən kənara yayılmır.

Obyekt miqyaslı (səciyyəli) hadisələr sənaye obyektində, bina və ya qurğu hüdudlarında məhdudlaşır.

Yerli hadisələr ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir.

Regional fövqəladə hadisə bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir.

Milli miqyaslı fövqəladə hadisələr respublikanın xeyli ərazilərini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir.

Qlobal hadisələr isə bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin də ərazilərinə yayılır.

Təbii fəlakətlər – insan iradəsinə tabe olmayan, təbiət qüvvələrinin hərəkəti nəticəsində baş verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa ağır nəticələrə səbəb olan faciəli təbii təzahür və ya proseslərdir.

Təbii fəlakətlərə zəlzələlər, vulkan püskürmələri, sellər, sürüşmələr, uçqunlar, daşqınlar, quraqlıqlar, qasırğalar, tufanlar, qar basqınları və uçqunları, uzun müddətli güclü yağışlar, güclü davamlı şaxtalar, genişmiqyaslı meşə və torf yanğınları və s. aiddir. Bu siyahıya həm də 1974-ci ildə Venesuela Konfransında epidemiyalar, epizootiyalar, epifitotiyalar, meşə və kənd təsərrüfatı zərərvericilərin kütləvi yayılması da daxil edilmişdir.




  1. Yüklə 42,99 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin