Kiçik daşqınlar düzənlik çaylarına xarakterikdir. Onların dövrülüyü 10–15 ildən bir olur. Bunun nəticəsində alçaqda yerləşən torpaqların 10%-dən çoxunu su basır. Kiçik daşqınlar insan qurbanları və maddi itkilərlə nəticələnmir.
Böyük daşqınlar çay vadilərinin ətrafında böyük sahələrin su basmasına gətirir. Bu zaman qiymətli dəyərlərin və insanların qismən köçürülməsi həyata keçirilir. Böyük daşqınlar kənd təsərrüfatı sahələrini basmaqla, xeyli maddi və mənəvi zərər vurur. Bu cür daşqınlar 20–25 ildənbir baş verir.
Mühüm daşqınlar bütöv çay hövzələrini əhatə edir. Çox böyük maddi və mənəvi xətər yetirməklə şəhər və kənd ərazilərində təsərrüfat fəaliyyətini pozur. Su basmış zonalardan kütləvi köçürülmə tədbirləri həyata keçirilir. Mühüm daşqınlar 50–100 ildən bir təkrar olunur və kənd təsərrüfatı sahələrinin 70%-i su altında qalır.