Adnsu nəzdində Sənaye və Texnologiya Kolleci Fakültə: İnformasiya işləməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri



Yüklə 272,06 Kb.
səhifə4/5
tarix31.12.2021
ölçüsü272,06 Kb.
#113070
1   2   3   4   5
HTML sənədlərinin qrafiki siyahılar formatı. Hibrid ekspert sistemləri

Nümunə 4. Şəkilin ölçüləri

width və height atributlarını yazmaq, bir o qədər də vacib deyil. Çünki, brauzer avtomatik olaraq şəkilin orjinal ölçülərini müəyyənləşdirə bilir. Bu atributlardan əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur:



  • şəkilin altında boş sahə saxladıqda;

  • şəkilin ölçüsünü kiçiltdikdə;

  • Retina ekranları üçün şəkilin keyfiyyətini artırdıqda.

Şəkilin ölçüləri açıq şəkildə müəyyən edilibsə, brauzer sənədi yükləyən zaman, şəkilə boş sahə əlavə edir. Lakin əks halda (şəkilin ölçüləri təyin edilməyibsə), brauzer şəkilin tamamilə yükləməsini gözləyir və daha sonra enini və hündürlüyünü müəyyənləşdirir. Həmçinin də mətnin tərtibi dəyişdirilə bilər, çünki şəkilin orijinal ölçüsü məlum deyil və avtomatik olaraq kiçik ölçüdə quraşdırılır.

Şəkilin enini və hündürlüyünü artırıb-azaltmaq mümkündür. Brauzer sərbəst şəkildə pikselləri aradan qaldıra və ya əlavə edə bilir ki, müvafiq ölçüdə şəkil alınsın. Şəkilin keyfiyəti onun məzmunundan bir başa asılıdır. Unutmayın ki, şəkili böyütdükdə onun keyfiyyəti nisbətən itir.

Retina ekranlarında yüksək piksel sıxlığı və şəkilin detalları isə fərqlidir. Adətən şəkillər Retina ekranlarında bulanıq təsvir olunur. Elə buna görə də, şəkilin keyfiyyətli olması üçün, şəkilin həcmini iki dəfə artırmaq lazımdır.

Məsələn, veb səhifədə eni 400 px olan şəkili yerləşdirmək lazımdırsa, onda biz şəkilin enini 800 px ölçüsündə hazırlamalı və width atributunda şəkilin ölçüsünü 400 px göstərməliyik. width və height atributlarınının hər ikisini eyni anda yazmaq bir o qədər də vacib deyil. Lakin, əgər, iki atributdan birini yazmasanız, onda brauzer avtomatik olaraq şəkilin praporsiyasına uyğun lazım olan dəyəri əlavə edəcək.



Şəkilin enini və hündürlüyünü özümüz təyin etdiyimizə görə, şəkil şaquli və üfüqi istiqamətlərə dəyişərək praporsiyaları təhrif olunacaq.



Piksellərədən savayı ölçü vahidi kimi faizdən də istifadə etmək olar. Bu halda şəkilin eninə ölçüsü ana elementin ölçüsünə nisbətdə müəyyənləşəçək.



Şəkilin faiznən hündürlüyü, yalnız ana elementin hündürlüyü dəqiq təyin edildikdə nəzərə alınır. Ana elementin hündürlüyü müəyyən edilmədikdə isə, bu cür yazı forması height= "100%" səhifədə işləməyəcək.





  1. Yüklə 272,06 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin