Adobe Fotoshop qrafik redaktoru.
Adobe Fotoshop qrafik redaktoru müxtəlif xarakterli məsələləri həll etmək üçün istifadə edilir. İndiyə qədər Adobe Fotoshop proqramının bir çox versiyaları mövcuddur. Onun axırıncı versiyası 9-cu versiyadır. Hal-hazırda Adobe Fotoshop proqramının alətlərindən dizaynerlər, tərtibatçılar, rəssamlar geniş istifadə edir.
Adobe Fotoshop proqramının əsas vəzifəsi təsvirlər yaratmaqla yanaşı, hazır təsvirləri təhlil etməkdir. Rəsmlərin çəkilməsini, fotoşəkil neqativlərinin düzəldilməsini, təsvirlərin parlaqlığının və onlarda olan təzadların tənzim olunmasını, müxtəlif sayda təsvirlərin kombinə edilməsini buraya aid etmək olar.
Təhlil ediləcək təsvirləri kompüterə skaner və ya rəqəmli kameraların köməyi ilə daxil etmək istifadəçi üçün əlverişlidir. Fotoshop proqramındakı çoxlu sayda alətlərdən istifadə edərək təsvirdə yaranmış bütün qüsurları tamamilə aradan qaldırmaq mümkündür. Proqramda önəmli işlərdən biri təsvirin müəyyən hissəsinin seçilməsi və seçim aparılmış sahənin üzərində müəyyən əməliyyatların həyata keçirilməsidir.
Əgər Fotoshop qrafik redaktoru düzgün yüklənmişsə, START menyusunun ALL PROQRAMS alt menyusunda Adobe Fotoshop proqramının adını görmək olar.Ancaq bu adın all proqrams alt menyusunda olması zəruri deyildir.Proqramla işi qurtardıqdan sonra ondan çıxmağın müxtəlif üsulları vardır:
Adobe Fotoshop qrafik redaktorunun əsas pəncərəsinin FİLE menyusunun EXET əmrini seçməklə çıxmaq olar, ya da pəncərənin yuxarı sağ küncündə CLOSE düyməsini sıxmaqla.
İstifadəçi çox vaxt hazır fayllarla işləyir.Bunun üçün FİLE menyusundan OPEN əmrini seçmək lazımdır.Açılmış pəncərədən istədiyimiz faylı seçmək olar.
Fotoshop proqramı istifadəçiyə skanerdən, rəqəmli kameradan təsvirlər almağa imkan verir. Fotoshop proqramında istifadə olunan qurğunu görmək üçün FİLE menyusundan İMPORT əmrini seçmçk lazımdır.Qurğunu seçdikdən sonra ekrana həmin qurğu ilə iş rejiminin təşkilini müəyyənləşdirən dialoq pəncərəsi açılacaqdır.Qurğudan alınmış təsviri kompüterə yükləmək lazımdır. Yükləmə prosesi tamamlandıqdan sonra təsvir ekranda görünəcəkdir. Növbəti təsviri ekrana çıxarmaq üçün öndəki əməliyyatlar yenidən həyata keçirilməlidir.
Dostları ilə paylaş: |