Adobe Fotoshop qrafik redaktoru


Fotoshop qrafik redaktorunda tesvirdə seçim



Yüklə 45,74 Kb.
səhifə3/16
tarix10.01.2022
ölçüsü45,74 Kb.
#109082
1   2   3   4   5   6   7   8   9   ...   16
Fotoshop qrafik redaktorunda tesvirdə seçim

Təsvirin müəyyən hissəsində redaktə işlərini yerinə yetirmək üçün mütləq redaktə olunacaq sahə seçilməlidir. Seçilmiş sahə punktir xətlə əhatə olunur. Təsvirin punktir xətdən kənarda qalmış hissəsini redaktə etmək mümkün deyil. Seçim 2 cür olur:



  1. Sadə

  2. Mürəkkəb

Sadə seçim:

Sadə seçim aparmaqdan ötrü alətlər çubuğu üzərindəki düzbucaqlı və ellips alətindən istifadə etmək olar. Sadə seçimin köməyi ilə ancaq təsvirin müəyyən bir hissəsini redaktə etmək mümkündür.

Alətlər çubuğu üzərindəki Restangular Marguee Tool (Düzbucaqlı sahə aləti) düzbucaqlı aləti seçirik və Mouse göstəricisini təsvir üzərinə gətirin.Göstərici + formasını alır.Sol düyməni sıxırıq və onu buraxmadan kənara çəkirik. Bu zaman təsvir üzərində seçimi təsdiqləyən punktir xətlə çəkilmiş sahə əmələ gələcəkdir. Mousun sol düyməsini buraxırıq.Seçilmiş kontur işçi sahədə görünəcəkdir. Bəzən seçim aparmaq üçün ellips alətindən istifadə olunur.

Mürəkkəb seçim:

Əksər hallarda istifadəçi iş prosesində mürəkkəb formalı fraqmentlərin seçilməsi ilə üzləşir. Bu məqsədlə Fotoshop proqramında Lasso tool (Lasso aləti) alətinin birinci növündən istifadə etmək əlverişlidir. Bunun üçün alətlər çubuğu üzərindəki Lasso Tool alətini seçin. Mouse göstəricisi formasını alacaqdır. Göstəricini seçiləcək fraqmentin başlanğıc nbqtəsinə gətiririk. Mousun sol düyməsini sıxırıq və onu buraxmadan seçilmiş fraqment boyu sürüyürük. Fotoshop qrafik redaktoru avtomatik olaraq seçimə uyğun qapalı kontur yaradır. Başqa sözlə Mouse-un sol düyməsini buraxdıqda , seçilmiş fraqmentin başlanğıc və son nöqtələri ən qısa məsafə ilə birləşərək qapalı kontur əmələ gətirəcəkdir. Bəzən iş prosesində təsvirin fraqmentini qapayacaq seçim konturu Mose-un hərəkəti ilə çəkilir. Bu isə istifadəçidən böyük səriştə tələb edir. Bu çətinləyi aradan qaldırmaq üçün Polygonal Lasso (çoxbucaqlı lasso) alətindən istifadə edilir.

Alətlər çubuğu üzərindəki Polygonal Lasso alətini seçirik. Mouse-un göstəricisini seçimin başlanğıc nöqtəsinə qoyuruq. Cöstərici şəklini alır. Göstəricini başlanğıc nöqtə üzərində sıxırıq seçiləcək obyekt boyunca hərəkət etdiririk.Bu zaman hərəkət istiqamətində düz xətt çəkiləcəkdir. Mouse-un sol düyməsi təkrar sıxılsa , qırılma yerindən yeni başlanğıc nöqtə əldə edərik. Beləlmklə, seçim konturu əyri xətlər vasitəsilə formalaşacaqdır. Seçim konturunu ən qısa yol ilə avtomatik qapamaq üçün ENTER düyməsini sıxmaq lazımdırr.

Seçim konturunun daha rahat əldə olunma yolu Maqnetik Lasso alətindən istifadə etməkdir.Bu alətin iş prinsipi seçim konturunu seçilmiş fraqmentə daha da yaxınlaşdırmaqdır. Alətlər panelindən Maqnetik Lasso Tool alətini seçirik. Sonra təsvirin dəqiq sərhəddini təyin edib, Mouse-un şəklini almış göstəricisini onun başlanğıc nöqtəsinə qoyuruq. Başlanğıc nöqtəni qeyd etmək üçün sol düyməni sıxırıq. Seçim konturu avtomatik olaraq seçilmiş fraqmentin sərhəddinə tərəf çəkiləcəkdir. Sonra ENTER düyməsini sıxırıq , seçim konturu avtomatik qapanacaqdır. Maqnetik Lasso Tool alətindən istifadə edərkən, ekranın yuxarı hissəsində alətləri sazlamaq üçün yardımçı çubuq görünür.

Bunlardan başqa Fotoshop proqramında avtomatik seçim mümkündür. Bunun üçün Sehrbazın çubuğu adlanan alətdən istifadə olunur. Sehrbazın çubuğundan ancaq rəngli təsvirlərdə istifadə olunur. Alətlər çubuğu üzərindəki sehrbaz çubuğunu seçirik və sürüşdürmə düymələri vasitəsilə alətin parametrlərini nizamlıyırıq. Parametrlər nizamlandıqdan sonra formasını almış Mouse göstəricisini təsvir üzərinə gətiririk. Sol düyməni sıxırıq , təsvir üzərində Sehrbaz çubuğunun nizamlanmış parametrlərinə uyğun seçim aparılacaqdır.



İNFORMASİYANIN SIXLAŞDIRILMASI. SƏHVLƏRİN TAPILMASI VƏ TƏSHİHİ


Yüklə 45,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin