Adobe Fotoshop qrafik redaktoru


Adobe Fotoshop qrafik redaktorunun alətlər paneli



Yüklə 45,74 Kb.
səhifə2/16
tarix10.01.2022
ölçüsü45,74 Kb.
#109082
1   2   3   4   5   6   7   8   9   ...   16
Adobe Fotoshop qrafik redaktorunun alətlər paneli

Fotoshop qrafik redaktoru yükləndikdə ekrana proqram pəncərəsi çıxır. Onun əsas hissələri vunlardır:



  • Title bar - başlıq çubuğu.

  • Menu var – menyu çubuğu

  • Option bar – sazlama çubuğu.

  • Toolbar – alətlər çubuğu

  • Pallets - palitralar

  • Sorrent zoom - cari miqyas

  • Status bar - vəziyyət çubuğu

  • İmage Window – təsvir sahəsi

Proqramı bütün ekran boyunca yerləşdirmək üçün TİTLE BAR üzərindəki -düyməsini sıxmaq lazımdır.

Ekranın sol tərəfində yerləşən alətlər çubuğunu ekrana gətirmək, və ya ekrandan götürmək üçün Window (pəncərə) menyusundan TOOLS(alətlər çubuğu) əmri ya seçilməli, ya da ki, ləğv edilməlidir. Alətlər çubuğu üzərindəki alətlərin vəzifəsi rəsm çəkmək, çəkilmiş rəsmlərə baxış keçirmək və təsvirləri redaktə etməkdir. Hər bir alət özünəməxsus düymə ilə təchiz olunmuşdur. Əksər düymələrin sağ aşağı küncündə -işarəsi vardır. İşarənin sıxılması ilə yardımçı çubuq ekrana çıxacaqdır. Yardımçı alətlər dəstini MOUSE-un sağ düyməsini alətin üzərində sıxmaqla da əldə etmək olar. Aləti seçərkən ona məxsus parametrlər ekranın yuxarı hissəsində yerləşən sazlama çubuğunda əks olunur. Sazlama çubuğunu Window menyusundakı OPTİONS əmrini qeyd etməklə ekrana gətirə ,ya da ekrandan yox edə bilərik.

Ekranın sağ tərəfində palitranın idarəetmə elementləri yerləşir. Palitranın vəzifəsi istifadəçiyə rənglər toplusunun, fırçaların, naxışların, teksturların seçilməsində yardımçı olmaqdır. İş prosesində bütün palitranın ekranda görünməsinə ehtiyac yoxdur. Ehtiyac duyularsa, Window menyusundakı Naviqator, Color, Histori və Layers (qatlar) əmrlərini qeyd etməli, əksinə, palitranı gizlətmək üçün bu əmrlərin seçilməməsi kifayətdir.

Ekranın aşağı hissəsində Status bar (vəziyyət çubuğu) yerləşir.Status bar bir neçə sahədən ibarətdir. Vəziyyət çubuğunun sol tərəfində cari sənədin miqyası əks olunur. Bir az sağda sənəd haqqında məlumat verilir. – işarəsini sıxdıqda yardımçı menyu açılır.



Yüklə 45,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin