Adpu-nun biologiya fakültəsinin 301-ci qrup tələbəsi Maksudova


Limfanın əmələ gəlməsi və cərəyanı



Yüklə 48,86 Kb.
səhifə2/2
tarix10.01.2022
ölçüsü48,86 Kb.
#110606
1   2
Limfanın əmələ gəlməsi və cərəyanı.

Limfanın əmələ gəlməsi aşağıdakı proses ilə izah olunur.Qanın su qismi və onda ərimiş molekullar kapillyar filtratı və ya qan limfası adilə qan kapillyarlarından hüceyrəarası sahlərə filtirasiya olur.Kapillyar filtiratı hüceyrəarası sahələrdə cərəyan edərək hüceyrələrdən xaric olunmuş hüceyrəxarici maye ilə qarışır və bunun liə birlikdə toxuma mayesi, ya toxuma limfası adlanır. Toxuma mayesinin bir qismi venoz kapillyarlara, digər qismi isə qapalı limfa kapilyarlarına adsorbsiya olur və burada limfa damar limfası adlanır.Limfa damarlarına adsorbsiya olmuş limfa ardıcıl olaraq limfa damarları,sonra limfa kötükləri və axacaqları ilə cərəyan edərək venoz sistemə tökülür.

Limfa axacaqları.

Vücudda olan limfa damarları müəyyən üzvlərdən və nahiyyələrdən limfanı yığıb xüsusi regionar düyünləri keçdikdən sonra bir-biri ilə birləşirlər və i.a. iki böyük limfa axacaqları əmələ gətirirlər:

1) Ductus thoracicus- döş qəfəsi axacaqları və 2) ductus lymphaticus dexter sağ limfa axacağı. Bunların divarlarının quruluşu limfa damarları divarlarının quruluşu kimidir.

Ductus thoracicus- döş qəfəsi axacağı- aşağı ətrafdan çanaqdan və onun üzvlərindən, qarın boşluğu üzvlərindən, döş qəfəsinin sol yarısının divarlarından, döş boşluğunun sol yarısında olan üzvlərdən, başın və boynun sol yarısından və sol yuxarı ətrafdan limfanı yığaraq, sol ümumi vidaçi venanın sol körpücükaltı vena ilə birləşən yerinə açılır.Bu axacaq böyüklərdə 30-41 sm uzunluğunda olub qarın boşluğunda ikinci bel fəqərəsinin bərabərliyində aşağı ətrafdan gələn sağ və sol bel kötüklərinin- truncus lumbalis dexter et sinister və az hgallarda bağırsaqdan gələn bağırsaq kötüyünün- truncus intestinalis birləşməsindən əmələ gəlir; diafraqmaının altında, aortanın sağ tərəfində, birinci bel və ya 12-ci döş fəqərəsinin bərabərliyində 5-7 sm uzunluğunda xilus sisternası- cisterna chyli adlanan genişlik əmələ gətirdikdən sonra diafraqmada olan aorta dəliyindən döş boşluğuna daxil olur.

Burada döş fəqərələrinin ön səthilə, döş aortası ilə tək venanın arası ilə yuxarıya doğru gedir; 5-ci döş fəqərəsi bərabərliyində yavaş-yavaş sola meyl edir və 3-cü döş fəqərəsinin bərabərliyində aorta qövsünün arxasından keçərək, qida borusunun sol tərəfi ilə plevra arasında yerləşir, 7-ci boyun fəqərəsinin yuxarı kənarı bərabərliyində, çıxıq tərəfi yuxarı olmaq şərti ilə, önə doğru bir qövs əmələ gətirərək, sol plevra qübbəsinin üstündən və sol ümumi yuxu arteriyası ilə sol körpücükaltı arteriyanın arasından keçir və sol venoz bucağa açılır. Döş qəfəsi axacağının venoz bucağa açılan yerində cüt qapaqcıq vardır; bu qapaqcığın vəzifəsi limfanı venoz sistemə doğru buraxıb, venoz qanın limfa axacağına keçməsinə mane olmaqdır. Döş qəfəsi axacağı venoz bucağa açılmadan əvvəl sol vidaçi kötüyü-truncuis jugularis sinister, sol körpücükaltı kötüyü- truncus subclavius sinister və sol bronxortadivar kötüyünü- truncus bronchomediastinlis sinister qəbul edilir.Bunlardan truncus jugülaris sinister başım və boyunun sol yarısından, truncus subclavius sinister- sol yuxarı ətrafdan və döş qəfəsinin sol yarısının diavrlarından və turuncus bronchomediastinalis sinister döş boşluğunun sol yarısında olan üzvlərdən limfanı yığıb döş qəfəsi axacağına açılırlar.

Ductus lymphaticus- sağ limfa axacağı təxminən bir santimetr uzunluğunda olub bədənin yuxarı hissəsinin sağ yarısından, yəni başın və boyunun sağ yarısından ,sağ yuxarı ətrafdan,döş qəfəsinin sağ yarısının divarlarından və döş boşluğunun sağ yarısında olan üzvlərdən və qaraciyərin yuxarı səthindən limfanı yığır və sağ ümumi vidaçi venanın sağ körpücükaltı vena ilə birləşən yerinə- sağ venoz bucağa açılır. Bu axacaq aşağıdakı kötüklərin birləşməsindən əmələ gəlir:

1) sağ vidaçi kötüyü- truncus jugularis dexter, 2) sağ körpücükaltı kötüyü- truncus subclavius dexter və 3) sağ bronx orta divar kötüyü- truncus bronchomediastinalis dexter. Bunlardan sağ vidaçi kötük başın və boynun sağ yarısından, sağ körpücükaltı kötük- sağ yuxarı ətrafdan və döş qəfəsinin sağ yarısının divarlarından və sağ bronx ortadivar kötüyü- döş başluğunun sağ yarısında olan üzvlərdən və qaraciyərin yuxarı səthindən limfanı yığıb sağ limfa axacaqlarına açılırlar.Bəzən bu kötüklər körpücükaltı venaya açılırlar; belə olan halda sağ limfa axacağı olmur.

Rentgenoloji metod vasitəsilə diri insanda limfa damrlarını, düyünlərini və axacaqlarını görmək olur; bu metoda rentgenolimfoqrafiya deyilir. Rentgenolimfoqrafiya ilk dəfə sovet ittifaqında tədbiq olunmuşdur. Hazırda bu metod vasitəsilə diri insanda ətrafların, çanağın, qarın boşluğunun, dilin və başqa nahiyyələrin limfa damarlarını və döş qəfəsi axacaqlarını görmək olur.

Limfa sisteminin vəzifələri.

Yuxarıda verilən məlumata əsaslanaraq demək olar ki, limfa sisteminin vücud üçün artıq dərəcədə əhəmiyyəti vardır.Bir tərəfdən hüceyrəarası sahələrdə maddələr mübadiləsindən sonra toplanmış toxuma mayesini və nazik bağırsaqdan sorulan yağları daşımaq ilə venoz sistemə kömək edir və digər tərəfdən limfanı düyünlərdən keçirərkən zərərli maddələri zərərli maddələri və mikrobları saxlayıb vücudu mühafizə edir. Bununla bərabər limfa sisteminin patalogiyada da böyük əhəmiyyəti vardır, çünki bəzi xəstəliklər( xərçəng və irinli proses) limfa sistemi vasitəsilə bədənə yayılır.Buna görə cərrah bir üzvü xərçəng xəstəliyinə görə operasiya edərsə, həmin nahiyyədə olan limfa düyünlərini də çıxarmalıdır, əks halda limfa düyünlərində limfa vasitəsilə gətirilmiş xərçəng hüceyrələri yenə törəyib artacaqdır.Bundan başqa limfa düyünləri qan elementləri- leykositləri və limfositləri əmələ gətirir.Beləliklə limfa sisteminin vəaifələri bunlardan ibarətdir.

1) hüceyrəarası sahələrdə toxuma mayesini (toxuma limfasını) venoz sistemə daşımaqdır;

2) nazik bağırsağın divarından sorulan yağları (xilusu) qan damar sisteminə daşımaq;

3)limfa düyünləri süzgəc vəzifəsi görərək limfada axan zərərli maddələri özlərində saxlamaq;

4) limfa düyünlərində yeni leykositlər və limfositlər əmələ gətirmək (limfopoez vəzifəsi);

5) yeni leykositlərin fəaliyyəti ilə limfa sisteminə daxil olan mikroblar ilə- infeksiya amilləri ilə mübarizə etmək (faqositoz).

Dolama limfa dövranı.

Limfa damarları kəsilərkən, ya onların mənfəzləri tutularkən, limfa düyünləri çıxarılarkən ya onlar xərçəng hüceyrələri ilə tıxanarkən ya xronik iltihabi prosesə tutularkən, qonşu limfa damarlarının hesabına yəni limfa kapillyarlarının əmələ gəlməsi nəticəsində dolama(kollateral) limfa yolları- dolama limfa dövranı əmələ gəlir. Bu dövranın yaman şişlərin və infeksion xəstəliklərinin yayılma yollarını öyrənmək üçün böyük təcrübi əhəmiyyəti vardır. Limfanın dolama cərəyanının əmələ gəlməsində limfa cərəyanı isriqamətinin dəyişməsinin böyük əhəmiyyəti vardır. Adi şəraitdə limfanın cərəyan istiqaməti limfa damarlarında olan qapaqlar ilə ifadə olunur.Limfanın cərəyanı müəyyən bir maneyəyə rast gəldiyi halda öz istiqamətini dəyişir, maneə olan yerdən distal tərəfə limfa durğunluğu meydana çıxır, limfa damarları genəlir,qapaqların çatmamazlığı əmələ gəlir və bunun nəticəsində limfa retroqrad ( geri) istiqamətdə axmağa başlayır, bu da limfanın kollaterial cərəyanına səbəb olur.

Limfa sisteminin inkişafı.

İnsanda heyvan siniflərində təsadüf edilən limfa ürəyi inkişaf etmir; onlara nisbətən limfa düyünlərinin miqdarı çoxalır ki, bu da limfa sisteminin insanda qoruyucu vəzifəsinin əhəmiyyətinin artması ilə əlaqədardır.D.A.Jdanov limfa düyünlərinin miqdarca artmasını qidalanma xarakteri ilə izah edir. İnsanın şaquli istiqamətdə gəzməsi ilə əlaqədar olaraq, ətraflarında limfa damarlarının qapaqcıqlarının miqdarı çoxalır. Beləliklə, insanın təkamül prosesi dövründə bir tərəfdən limfa ürəkləri deyilən törəmələr yox olur, digər tərəfdən limfa düyünlərinin miqdarı çoxalır.

Limfa sisteminin inkişaf prosesini izahedici iki nəzəriyyə vardır. Birinci nəzəriyyəyə görə o, vena kötüklərinin endotel qatından mühitə doğru inkişaf edir (mərkəzdən gəlmə inkişaf nəzəriyyəsi); ikinci nəzəriyyəyə əsasən limfa sistemi müstəqil surətdə mexanizmdən inkişaf edərək sonradan venoz sistem ilə birləşir (mərkəzəqaçma inkişaf nəzəriyyəsi). Əksər müəlliflər ikinci nəzəriyyəyə tərəfdardırlar. Müəlliflərdən Eri limfa sisteminin ayrı-ayrı mayalardan inkişaf etdiyini göstərir; bu mayalar inkişaf edib şaxələnirlər və kanallar- ilk limfa kapillyarlarını təşkil edirlər. İlk limfa kapillyarları əsas venoz kötüklər boyu yayılaraq, genəlirlər və bir-biri ilə birləşirlər; nəticədə embrional dövrün ikinci ayında müəyyən yerlərdə 6 ədəd genişlik – torbacıq əmələ gətirirlər. Bunlardan ikisi vidaçi venaların körpücükaltı venalar ilə birləşən yerində, biri- peritonarxasında arxa müsariqə kökündə, digəri xilus sisternası olan yerdə və ikisi də ümumi qalça venalarının yanında yerləşirlər.

Vidaçi torbaçıqların endotel qatından tumurcuqlar əmələ gəlmə yolu ilə başın, boyunun, yuxarı ətrafın və döş qəfəsi divarlarının və döş boşluğu üzvlərin limfa damarları əmələ gəlir ki, bunlar da hər tərəfdə toplaşaraq üç kötük əmələ gətirirlər: 1) vidaçi kötük- truncus jugularis, 2) körpücükaltı kötük- truncus subclavius və 3) bronxortadivar kötüyü- truncus bronchomediastinalis. Bu kötüklər birləşərək sağ və sol limfa axacaqlarını- ductus lymphaticus dexter et sinister təşkil edirlər. Retroperitoneal torbaçığın endotel qatının tumurcuqlarından qarın boşluğu üzvlərinin limfa damarları hasil olur. Bu torbacıqdan gələcəkdə bağırsaq kötüyü- truncus intestinalis inkişaf edir. Xilus torbacığından xilus sisternası- cisterna chyli inkişaf edir.

Qalça torbacıqlarından aşağı ətrafın və qarın boşluğu divarlarının limfa damarları inkişaf edir; burada hər tərəfdə birər bel kötüyü- truncus lumbalis əmələ gəlir. Sol vidaçi torbacıqdan döş boşluğuna doğru inkişaf edən limfa damarları aşağıda xilus və retroperitoneal torbacıqların damarları ilə birləşirlər, nəticədə sol limfa axacağı bağırsaq və bel kötükləri ilə birləşərək ümumi bir axacaq döş qəfəsi axacağını- ductus thoracicus əmələ gətirirlər.

Beləliklə, ilk embrional dövrdə simmetrik quruluşa malik limfa sistemi, döş qəfəsi axacağının əmələ gəlməsi nəticəsində, asimmetrik vəziyyət alır. Bunun səbəbi ürəyin və onun ətrafında olan böyük venaların asimmertik vəziyyətdə olmaları ilə əlaqədar olaraq, sol venoz bucaq nahiyyəsində qan və limfa cərəyanının yaxşı şəraitdə olmasındandır.Bəzən variant olaraq sağ və sol limfa axacaqlarının hər ikisi davam edir belə olan surətdə döş qəfəsi axacağı olmur.

Limfa düyünləri embrional həyatın 3 aylığında qismən limfa torbacıqların-dan, qismən limfasit xarakterdə olan hüceyrələr yığıntısından inkişaf edirlər.

Limfa sisteminin xüsusi hissəsi.

Başın limfa düyünləri və damarları.

Limfa, kəllənin daxilində olan üzvlərdən bir neçə limfa boşluqlarına toplanır:

1.Perivaskulyar ya adventisial limfa boşluqları- qan damarlarını əhatə edərək beynin daxilindən limfanı yığıb yumaq qişaarası limfa boşluğuna açılırlar.

2.Beyinüstü boşluq- cavum epicerebrale- beynin xarici səthi ilə yumşaq qişanin intima təbəqəsinin altında yerləşir.

3.Yumşaq qişaarası boşluq- cavum interpiale- yumşaq qişanın səhvələri arasında əmələ gəlir, bu boşluğa beyin damarları kələflərini əhatə edən limfa torları açılır.

4.Hörümçək toruna bənzər qişaaltı boşluq- cavumi subarachnoidale- beyinin hörümçək toruna bənzər qişası ilə yumşaq qişasının arasında olur. Bu boşluq ilə beyinin IV mədəciyi birləşir.

5. Sərt qişaaltı boşluq- cavum subdurale beyinin sərt qişası ilə hörümçək toruna bənzər qişa arasında əmələ gəlir.

6.Sərt qişaarası boşluq- cavum interdurale- beynin sərt qişasının səfhələri arasında olur.

7. Sərt qişaütü boşluq- cavum epidurale- sərt qişa ilə kəllənin daxili səthi arasında əmələ gəlir.

Onurğa beynində də bu boşluqlar vardır, ancaq fərqi təkcə bundadır ki, burada sərt qişa iki ayrı-ayrı səfhəyə bölündüyü üçün, cavum interdurale geniş olur.

Beyin mədəciklərinə, onurğa beyinin mərkəzi kanalına və yuşarıda göstərilən boşluqlara toplanan limfa ,limfa damarları vastəsilə kəllə və onurğada təsadüf olunan dəliklərədn xaricə çıxır. Kəllənin xaricdə olan limfa damarları limfanı başdan aşağıdakı limfa düyünlərinə daşıyırlar.

1.Nodi lymphatici occipitales- ənsənin limfa düyünləri - (2-3 ədəd) trapezə-bənzər əzələnin bayır kənarında yerləşərək başın ənsə nahiyyəsindən gətirici damarları qəbul edirlər. Bunlardan çıxan aparıcı damarlarboyunun səthi limfa düyünlərinə açılırlar.

2.Nodi lymphatici retroauriculares s. mostoidei- qulaq seyvanı arxası limfa düyünləri- (2-3 ədəd) döş körpücük məməyəbənzər əzələnin bağlanan ucu üzərində yerləşirlər və təpə nahiyyəsindən, orta qulaqdan, qulağın arxa hissəsindən limfanı qəbul edirlər; aparıcı damarları boyun səthi limfa düyünlərinə açılır.

3. Nodi lymphatici parotidei superficiales et profundi- qulaqaltı vəzinin səthi və dərin limfa düyünləri- müxtəlif miqdarda olub qulaqaltı vəzinin üzərində və kütləsi daxilində yerləşirlər və alın gicgah nahiyyələrindən, xarici qulaqdan ,qulaq pərdəsindən, göz qapaqlarının bayır hissələrindən, dodaqlardan, yanaqlardan və qulaqaltı vəzidən limfanı qəbul edib çənəaltı və boyun səthi limfa düyünlərinə verirlər.

4.Nodi lymphatici faciales- üzün limfa düyünləri- üzdə yerləşərək 3 qrupa bölünür, bunlardan bir qrup- nodi lymphatici mandibulares- çeynəmə əzələsinin ön kənarında, digər qrup-nodi lymphatici buccales- ord əzələsi və üçüncü qrup- nodi lymphatici infraobitales- köpək çuxuru hahiyyəsində təsadüf olunur.Bu düyünlərin hamısı göz qapaqlarından, gözün birləşdirici toxuma qişasından, burnun, dodaqların və yanağın dərisindən çənəaltı və dilaltı vəzilərindən limfa damarlarını qəbul edir. Burdan çıxan aparıcı damarlar limfanı çənəaltı və boyun səthi düyünlərinə daşıyırlar. Üzün dərin limfa düyünləri - çənənin içəri səthində yerləşə-rək göz yuvasından, burun boşluğundan, qanad-damaq çuxurundan,gicgahaltı cuxurdan və damaqdan gələn limfa damarlarını qəbul edirlər. Buradan çıxan aparıcı damarlar çənəaltı və boynun dərin limfa düyünlərinə gedirlər.

5. Nodi lymphatici linguales- dilin limfa düyünləri- (2-4 ədəd) dil kökünün yanlarında yerləşirlər və dildən limfanı yığıb aparıcı damarlar vasitəsilə boynun dərin limfa düyünlərinə verirlər.

6. Nodi lymphatici submandibulares- çənəaltı limfa düyünləri- (8-10 ədəd) çənə sümüyünün kənarı altında çənəaltı vəzinin ətrafında yerləşirlər. Bunlar yuxarıda göstərilən qulaqaltı vəzinin və üzün limfa düyünlərindən çıxan aparıcı damarları və burun boşluğunun ön hissəsinin selikli qişasından , haymor boşluğundan, dodaqlardan, yanaqdan, dişlərdən, diş ətindən,çənəaltı vəzidən və damaqdan gələn limfa damarlarını qəbul edirlər.Çənəaltı limfa düyünlərindən çıxan aparıcı damarlar boynun səthi və dərin düyünlərinə açılırlar.

7. Nodi lymphatici submentales- çənəaltı alt limfa düyünləri- (2-3ədəd) qoşa qarıncıqlı əzələnin ön qarıncıqları arasında yerləşirlər və ön dodaqdan, aşağı dişlərdən və onların ətindən, çənəaltı nahiyyədən, dil zirvəsindən,dilaltı vəzidən limfanı qəbul edirlər. Bu düyünlərdən çıxan aparıcı damarlar boynun dərin limfa düyünlərinə açılırlar.

8. Nodi lymphatici retropharyngei- udlaqarxası limfa düyünləri- udlağın dalında yerləşərək orta qulaqdan, eşitmə borusundan, burun boşluğunun arxa hissəsinin selikli qişasından, alın cibindən, badamcıqlardan, yumşaq damaqdan, əsnəkdən, dil kökündən və udlaqdan limfanı qəbul edirlər. Buradan çıxan aparıcı damarlar boynun dərin limfa düyünlərinə daxil olurlar.

Boynun limfa düyünləri və damarları.

Boyunda olan lima düyünlərinə aşağıdakılar daxildirlər:

1. Nodi lymphatici cervicales superficiales- boynun səthi limfa düyünləri- xarici vidaçi venanın ətrafında yerləçərək ənsə, çənəaltı, üzün səthi,qulağın limfa düyünlərindən və boynun dərisindən limfanı qəbul edirlər.Bunlardan çıxan aparıcı damarlar boynun dərin limfa düyünlərinə açılırlar.

2. Nodi lymphaticiplelaryngeri- qırtlaqönü limfa düyünləri- membrana cricothyreoidea üzərində yerləşərək qırtalq qığırdaqlarından əzələlərindən və qalxanabənzər vəzidən limfa yığırlar və aparıcı damarları boynun dərin limfa düyünlərinə açılırlar.

3. Nodi lymphatici pretracheales- nəfəsborusuönü limfa düyünləri- boynun dərin fassiyasının altında və nəfəs borusunun önündə yerləşirlər və nəfəs borusu ilə qalxanabənzər vəzidən limfanı qəbul edirlər; aparıcı damarları boynun dərin limfa düyünlərinə daxil olurlar.

4. Nodi lymphatici paratracheales- nəfəs borusu ətrafı limfa düyünləri- nəfəs borusu qığırdaqlarının arxa kənarında, nəfəs borusu ilə qida borusu arasındakı şırımda yerləşərək qırtlağın selikli qişasından, nəfəs borusunun boyun hissəsindən, qida borusunun döş hissəsindən, qalxanabənzər vəzindən, ağciyərlərdən limfanı qəbul edib aparıcı damarlarını boynun aşağı dərin limfa düyünlərinə verirlər.

5. Nodi lymphatici cervicales profundi- boynun dərin limfa düyünləri- (20-30 ədəd) iki qrupa bölünürlər a) nodi lymphatici cervicales profundi superioes- boynun yuxarı dərin limfa düyünləri yuxu çuxuru nahiyyəsində daxili və xarici yuxu arteriyalarının ətrafında yerləşərək kəllə boşluğundan, çənəaltı və udlaqarxası limfa düyünlərindən, dildən,dişlərdən, qalxanabənzər vəzidən və qırtlağın yuxarı hissəsindən gələn limfa damarlarını qəbul edirlər; b) nodi lymphatici cervicales profundi inferiores- boynun aşağı dərin limfa düyünləri- daxili vidaçi vananın aşağı ucunun ətrafında, körpücüküstü çuxurda və pilləli əzələlər ilə bazu kələfinin qabağında yerləşirlər və daxili boyun əzələlərindən, qırtlağın aşağı hissəsindən, nəfəs borusunun yuxarı hissəsindən və qida borusunun boyun hissəsindən limfanı qəbul edirlər.

Boynun yuxarı dərin limfa düyünlərindən nodus lymphaticus jugulodigastricus adlı düyün diqqəti cəlb edir. Bu düyün daxili vidaçi vena üzərində dilaltı sümüyün böyük buynuzu səviyyəsində və dilin dal üçdə bir hissəsindən çıxan limfa damarlarını qəbul edir, odur ki, dilin bu hissəsinin xərçəngi zamanı çox böyüyür.Boynun aşağı dərin limfa düyünlərindən xüsusilə vidaçi- kürək dilaltı düyünü- nodus lymphaticus juguloomohyoideus gözə çarpır. Bu düyün kürək-dilaltı əzələnin üstündə daxili vidaçi vena üzərində yerləşərək vasitəsiz olaraq və ya çənəaltı və çənəninlimfa düyünləri vasitəsilə dildən limfanı qəbul edir, odur ki, dilin xərçəng xəstəliyində bu vəzə xərçəng hüceyrələri keçə bilər.Boynun yuxarı və aşağı limfa düyünlərindən çıxan aparıcı limfa damarları birləşərək hər tərəfdə sağ və sol olmaq üzrə birər vidaçi kötük- truncus jugularis əmələ gətirirlər. Bunlardan sağ vidaçi kötük sağ limfa axacağına və sol vidaçi kötük döş qəfəsi axacağına açılır.Bəzən sağ və ya sol vidaçi kötük müstəqil bir surətdə müvafiq vidaçi vena bucağına açılır.

Yuxarı ətrafın limfa düyünləri və damarları.

Ümumiyyətlə yuxarı ətrafın, döş qəfəsinin ön və yan səthlərinin, süd vəzisinin və arxanın limfa damarları limfanı dirsək və qoltuq düyünlərinə daşıyırlar. Yuxarı ətrafda olan limfa damarları iki qrupa bölünürlər: səthi və dərin. Səthi limfa damarları əl dərisində olan limfa torundan başlayaraq dərialtı mil və dirsək venalarını müşayət edirlər;bir qismi dirsək və digər qismi qoltuq düyünlərinə açılırlar.Yuxarı ətrafın dərin limfa damarları əl və said sümüklərindən, oynaqlarından və əzələlərindən başlayaraq mil, dirsək arteriyalarını müşayət edirlər və qoltuq düyünlərinə açılırlar; yol uzunu saiddən və bazudan limfanı qəbul edirlər.

Yuxarı ərtafda olan limfa düyünləri bunlardır:

1.Nodi lymphatici cubitales superficiales- dirsəyin səthi limfa düyünləri- (1-4 ədəd) dirsək çuxurunda bazu fassiyasının üzərində yerləşərək əlin və saidin limfa damarlarını qəbul edirlər. Bu düyünlərdən çıxan aparıcı limfa damarları dirsəyin dərin limfa düyünlərilə bazu düyünlərinə daxil olurlar.

2. Nodi lymphatici cubitales profundi-dirsəyin dərin limfa düyünləri dirsək çuxurunda fassiyanın altında mil, dirsək və sümükarası qan damarlarını müşayət edən saidin dərin limfa damarlarını qəbul edirlər.Bunlardan çıxan aparıcı limfa damarları qoltuq düyünlərinə açılırlar.

3. Nodi lymphatici antebrachii-saidin limfa düyünləri-müxtəlif miqdarda saidin qan damar dəstələrinin ətrafında təsadüf olunur.Bunlar saidin dərin limfa damarların qəbul edib limfanı dirsəyin dərin limfa düyünlərinə verirlər.

4. Nodi lymphatici brachiales- bazunun limfa düyünləri- bazunun aşağı hissəsində ikibaşlı bazu əzələsinin içəri şırımında yerləşərək dirsək düyünlərinin aparıcı damarlarını qəbul edirlər və özlərindən çıxan aparıcı damarlar qoltuq düyünlərinə daxil olurlar.

5. Nodi lymphatici axillares-qoltuq limfa düyünləri-(11-36 ədəd) qoltuq çuxurunda fassiyanın altında, piy təbəqəsinin arasında və qoltuq damarlarının ətrafında yerləşərək bir neçə qrupa bölünürlər.İçəri qrup- nodi lymphatici laterales- döş qəfəsinin bayır arteriyası ətrafında yerləşərək döş qəfəsinin bayır divarlarının xarici səthlərindən, süd vəzilərindən və qarının ön divarının qarınüstü nahiyyəsin-dən limfanı qəbul edirlər.Ön qrup- nodi lymphatici pectorales- döş əzələlərinin altında yerləşərək eyni əzələlərdən limfanı qəbul edirlər.Arxa qrup- nodi lymphatici subscapulares- eyni adlı çuxurda yerləşərək, kürəkaltı nahiyyənin limfa damarlarını və aşağı qrup- nodi lymphatici centrales-qoltuq çuxurunun ən aşağı hissəsində yerləşir və yuxarı ətrafın azad hissəsinin limfa damarlarını qəbul edirlər.Bu düyünlərdən başqa kürəyin arxasında da bir neçə düyün təsadüf olunur; bunlar-eyni adlı çuxurda yerləşərək həmən nahiyyədən limfanı qəbul edirlər və aparıcı damarları körpücükaltı düyünlər ilə rabitədə olurlar.

Qoltuq düyünlərinin aparıcı limfa damarları körpücükaltı qan damarlarını müşayət edərək , körpücükaltı limfa düyünlərinin aparıcı damarları ilə birlikdə eyni adlı kötük – truncus subclavius əmələ gətirirlər.Bu kötük sağ tərəfdə sağ limfa axacağına və sol tərəfdə döş qəfəsi axacağına açılır.Bəzən bunlar müstəqil surətdə vidaçi vena bucağına açılırlar.

6. Nodi lymphatici infraclaviculares- körpücükaltı limfa düyünləri- eyni adlı üçbucağa yerləşərək döş qəfəsinin ön divarından, döş əzələlərindən və süd vəzisindən axan limfanın bir qismini qəbul edirlər.Bunların aparıcı damarları qoltuq düyünlərinin damarları ilə bərabər körpücükaltı kötüyün təşkilində iştirak edirlər.

Döş qəfəsinin limfa düyünləri və damarları.

Döş qəfəsində olan limfa dyünləri – Ruvyer- Jdanova görə iki böyük qrupa bölünür: pariyetal və visseral düyünlər.

Döş qəfəsinin pariyetal düyünləri.

1. Nodi lymphatici parasernales- döş sümüyü yanı limfa düyünləri- (4-10 ədəd) döş qəfəsinin ön divarının arxa səthində, üç əvvəlinci qabırğa nahiyyəsində, döş qəfəsinin daxili arteriyalarının ətrafında yerləşərək döş qəfəsinin ön və yan divarlarının daxili səthindən, qarının ön divarının yuxarı hissəsindən, diafraqmaının ön hissəsindən və plevradan gələn limfa damarlarını qəbul edirlər. Süd vəzisindən çıxan limfa damarlarının bir hissəsi qabırğaarası əzələləri dələrək, həmən düyünlərə açılır.Döş sümükyanı limfa düyünlərindən çıxan aparıcı damarlar limfanı qoltuq və körpücükaltı limfa düyünlərinə daşıyırlar.

2. Nodi lymphatici intercostales- qabırğaarası limfa düyünləri- qabırğaarası sahələrin arxa hissəsində eyni adlı qan damarlarının ətrafında yerləşirlər və qabırğaarası limfa damarlarını, plevradan və arxadan gələn limfanı qəbul edərək , aparıcı damarlar vasitəsilə arxa ortadivar limfa düyünləri ilə rabitədə olurlar.

3. Nodi lymphatici paraverteblares- onurğaətrfı limfa düyünləri qabırğaarası sahələrin arxa uclarında yerləşərək, onurğadan və onurğa beyindən limfanı qəbul edirlər.

Döş qəfəsinin visseral düyünləri.

4. Nodi lymphatici mediastinales anteriores- ön ortadivqar limfa düyünləri- ön orta divarda yerləşərək iki qrupa bölünürlər.Bunların bir qrupu- nodi lymphatici prevasculares-(8-10 ədəd) aorta qövsünün və sol bazu baş venasının önündə və digər qrupu-nodi lymphatici phrenici et pericardiati (3-4 ədəd) xəncərəbənzər çıxıntının arxasında yerləşir. Ön ortadivar düyünləri qaraciyərin yuxarı səthindən, diafraqmadan, ürəkdən, ürək kisəsindən və timus vəzisindən gələn limfa damarları qəbul edirlər.Bu damarların bir hissəsi-- nodi lymphatici parasternales ilə və digər hissəsi- nodi lymphatici mediastinales posteriores ilə rabitədədirlər. Ön ortadivar düyünlərindən çıxan aparıcı damarlar sağ və sol bronx- ortadivar kötüklərinə açılırlar.

5. Nodi lymphatici pulmonales- ağciyər limfa düyünləri-ağciyərin daxilində ağciyər arteriyası və bronx şaxələri boyu təsadüf olurlar.

6. Nodi lymphatici bronchopulmonales- bronx ağciyər limfa düyünləri- müxtəlif miqdarda olub, bronxların ətrafında və ağciyərin qapılarına yerləşirlər.Bunlar bronx və ağciyər limfa damarlarını, visseral və ortadivar plevrasının limfa damarlarını qəbul edirlər.

7. Nodi lymphatici tracheobronchiales- nəfəs borusu bronx limfa düyünləri (10-12 ədəd) sağ və sol bronxların və bronx haçalanmasının ətrafında yerləşərək ağciyər düyünlərindən, ürəyin arxa səthindən, nəfəs borusundan və qida borusunun döş hissəsindən gələn limfa damarlarını qəbul edirlər. Bunlar vücudda olan ən böyük limfa düyünlərindən hesab olunur,uşaqlarda rəngi qırmızımtıl, böyüklərdə isə tünd boz və ya qara rəngdə olurlar.

8. Nodi lymphatici tracheales-nəfəs borusu limfa düyünləri-(7-10 ədəd) məfəs borusunun aşağı hissəsinin ətrafında yerləşirlər və nəfəs borusu bronx düyünlərinin limfa damarları ilə rabitədədirlər. Ağciyər, bronx-ağciyər, nəfəs borusu- bron və nəfəs borusu limfa düyünlərindən çıxan aparıcı damarlar, on və dal ortadivar düyünlərinin damarları ilə bərabər sağ və sol bronx- ortadivar kötüklərinə açılırlar.

9. Nodi lymphatici mediastenales posteriores- dal ortadivar limfa düyünləri- (8-12 ədəd) dal orta divarda enən aortanın ətrafında yerləşərək ürək kisəsindən, ağciyərlərdən, qaraciyərdən, diafraqmaının arxa hissəsindən, və qida borusunun döş hissəsindən limfanı qəbul edirlər. Bu düyünlərdən çıxan aparıcı damarlar sağ və sol bronx-ortadivar kötüklərinə açılırlar.

Qarnın limfa düyünləri və damarları.

Qarında olan limfa düyünləri, döş qəfəsinin limfa düyünləri kimi iki qrupa bölünür: parietal və visseral düyünlər.

Qarnın pariyetal limfa düyünləri.

1. Nodi lymphatici epigastrici- qarınüstü limfa düyünləri- (3-4ədəd) qarınüstü venaların ətrafında yerləşirlər.

2. Nodi lymphatici circumflexae ilium- qalçanı dolanan limfa düyünləri- eyni adlı venaların ətrafında təsadüf olunurlar.

3. Nodi lymphatici umbilicales-göbəyin limfa düyünləri- göbək nahiyyəsin-də pariyetal peritonun altında yerləşirlər. Yuxarıda göstərilən düyünlərin hamısı qrını ön divarının dərin limfa damarlarını qəbul edirlər; bunlardan çıxan aparıcı damarlar qalça və qasıq düyünlərinə açılırlar.

4. Nodi lymphatici lumbales- bel limfa düyünləri (30-50ədəd) üç sıra təşkil edərək, qarın aortasının və aşağı boş venanın ətrafında yerləşirlər.Bun lar aortaya olan nisbətlərinə görə sol latero-aortal ,preaortal, retroaortal limfa düyünləri və aşağı boş venaya nisbətən- laterokaval, prekaval və retrokaval limfa düyünləri adlanırlar.Bu düyünlər qarın boşluğunun yan və arxa divarlarıda, qaraciyərdən, ümumi qalça kələflərindən , köndələn çənbər bağırsağın sol hissəsindən , böyrəküstü vəzilərdən, böyrəklərdən və sidik axarının qarın hissəsindən, kişilərdə xayalardan və toxum ciyələrindən, və qadınlarda yumurtalıqlardan, uşaqlıq borularından, uşaqlıqdan, və uşaqlıq yolundan limfa damarlarını qəbul edərək, bel limfa kələflərini əmələ gətirirlər.Bu kələflərin qarın aortası ilə aşağı boş venanın arxa səthlərində yerləşən hissəsinə aorta limfa kələfi deyilir.

Bel limfa kələflərindən çıxan aparıcı damarların toplaşmasından hər tərəfdə birər bel limfa kötüyü əmələ gəlir.Bunlarda limfanı döş qəfəsi axacağına daşıyırlar.

Qarın visseral limfa düyünləri.

5. Nodi lymphatici celiaci- qarın limfa düyünləri- (15-20 ədəd) qarın və yuxarı çöz arteriyasının ətrafında yerləşirlər və bir çox visseral limfa düyünlərinin (çöz,qaraciyər,pankreas, dalaq, qalçq-çənbərbağırsaq, soxulcanabənzər artım ) aparıcı damarlarını qəbul edərək həmən qan damarlarının ətrafında bir kələ- plexus lymphaticus celiacus təşkil edirlər.Bu kələfdə iştirak edən damarların birləşməsindən bağırsaq kötüyü- truncus lymphaticus intestinalis əmələ gəlir. Bu kötük limfanı döş qəfəsinin arxasına daşıyır.

6. Nodi lymphatici gastrici sinistri et dextri- mədənin sol və sağ limfa düyünləri mədənin kiçik və böyük əyriliklərində yerləşərək mədənin və qida borusunun qarın hissəsinin limfa damarlarını qəbul edirlər. Mədənin limfa damar-ları onun selikli, selikaltı,əzələ və seroz qişalarında xüsusi torlar əmələ gətirilər. Bu düyünlərdən çıxan aprıcı damarlar onikibarmaq bağırsaq, qaraciyər dalaq, pankreas köndələn çənbər bağırsaq və qarın düyünləri ilə rabitədə olurlar.

7. Nodi lymphatici pancreaticoduodenales- pankreasn və onikibarmaq bağırsağın limfa düyünləri-eyni adlı damarların ətrafında pankreas başının ön və arxa səthlərində yerləşərək pankreasdan və 12 barmaq bağırsaqdan limfanı qəbul edirlər; aparıcı damarları qarın limfa düyünlərinə açılır.

8. Nodi lymphatici pancreatico linealis- pankreas-dalaq limfa düyünləri-(4-10 ədəd) dalaq arteriyasının ətrafında pankreasın yuxarı kənarında və dalaq qapısında yerləşərək qida borusunun aşağı hissəsinin, mədə dibinin, onikibarmaq bağırsağın , pankresanın və dalağın limfa damarlarını qəbul edirlər. Bu düyünlərdən çıxan aparıcı damarlar qarın düyünlərinə açılır.

9. Nodi lymphatici – qaraciyərin limfa düyünləri- qaraciyər arteriyasının və axacağın ətrafında yerləşib qaraciyərin aşağı səthindən, öd yollarından, ödlükdən, onikibarmaq bağırsağın yuxarı hissəsindən və pankreas başından limfa damarlarını qəbul edirlər.Qaraciyərin yuxarı səthindəki limfa damarları v. cava inferior ilə bərabər diafraqmadan döş qəfəsi boşluğuna daxil olur və orada olan ön ortadivar limfa düyünlərinə açılırlar; qaraciyərin limfa düyünlərinin aparıcı damarı mədə, pankreas-dalaq və qarın düyünləri ilə rabitədə olurlar.

10. Nodi lymphatici mesenterici superiores- yuxarı çöz limfa düyünləri- (200-dən artıq) nazik bağırsaq çözü səhvələri arasında yuxarı çöz arteriyasının şaxələri ətrafında yerləşərək nazik bağırsağın süd daşıyan damarları qəbul edirlər. Bu düyünlərin bir qismi – çözün bağırsaq kənarında, diğər qismi bir qədər ondan uzaq, üçüncü qism çöz kükünə yaxın və nəhayət, dördüncü qism-çöz kökündə yerləşir. Bağırsaqdakı limfa damarları onların selikli, selikaltı, əzələ və seroz qişasında xüsusi torlar təşkil edirlər. Bunlarda ancaq selikli və selikaltı qişalarda olan damarlar tam mənada süd daşıyan damarlardan hesab olunur; yerdə qalan damarlar isə daima limfa daşıyırlar.

11. Nodi lymphatici ileocolici- qalça çənbər bağırsaq limfa düyünləri- qalça bağırsağın kor bağırsağa açılan yerində yerləşərək qalça bağırsağın aşağı ucundan, kor bağırsaqdan və qalxan çənbər bağırsağın aşağı hissəsindən limfanı qəbul edirlər. Bunlardan başqa kor bağırsağın arxasında və soxulcanabənzər artımın müsariqəsində bir neçə düyünə təsadüf olunur. Bu düyünlərdən çıxan aparıcı damarlar müsariqə və qarın limfa düyünləri ilə rabitədə olur.

12. Nodi lymphatici colici dextri et medii- sağ və orta çənbər bağırsaq limfa düyünləri- (20-50 ədəd) qalxan və köndələn çənbər bağırsaq boyu təsadüf olunurlar və onlardan limfanı qəbul edirlər.Bu düyünlərin qalxan cənbər bağırsağa və köndələn çənbər bağırsağın sağ hissəsinə aid aparıcı damarları – qarın ıimfa düyünlərinə köndələn çənbər bağırsağın sol hissəsinə aid aparıcı damarları- bel limfa düyünlərinə açılırlar.

13. Nodi lymphatici mesenterici inferiores- aşağı çöz(müsariqə) limfa düyünləri enən çənbər bağırsaq boyu və “S”-ə bənzər çənbər bağırsaq çözünün səfhələri arasında yerləşirlər və qeyd olunan bağırsaqlardan limfanı qəbul edirlər. Aparıcı limfa damarları bel limfa düyünlərinə və aorta limfa kələfinə açılırlar.

Çanağın limfa düyünləri və damarları.

Çanaqda olan limfa düyünləri böyük qan damarlarının və çanaq üzvlərinin ətrafında yerləçərək bir neçə qrupa bölünürlər.

1. Nodi lymphatici iliaci externi- xarici qalça limfa düyünləri-(15-20 ədəd) xarici qalça arteriyasının ətrafında yerləşərək qasıq düyünlərindən, sidiklikdən, uşaqlıqdan limfa damarlarını qəbul edib onlar ilə bərabər həmən qan damarlarının ətrafında kələf- plexus lymphaticus iliacus externus əmələ gətirirlər. Bu kələfdən çıxan aparıcı damarlar ümumi qalça limfa düyünlərinə açılırlar.

2. Nodi lymphatici iliaci communes- ümumi qalça limfa düyünləri – ümumi qalça arteriyasının ətrafında yerləşirlər; xarici və daxili qalça limfa kələflərindən çıxan damarları qəbul edərək xüsusi kələf- plexus lymphaticus iliacus communis əmələ gətirirlər. Bu kələfdən çıxan aparıcı damarlar bel limfa düyünlərinə açılır.

3. Nodi lymphatici iliaci interni- daxili qalça limfa düyünləri- (9-12 ədəd) kiçik çandaqda daxili qalça damarlarının ətrafında yerləşirlər və çanağın divarlarından, düz bağıraqdan, sidik axarlarından, sidikliyin limfa düyünlərindən, uyşaqlıqdan, uşaqlıq yolundan, uşaqlıq borularından, prostqat vəzindən, toxum kisəciklərindən, toxum daşıyıcı axacaqdan, sidik kanalı və penisdən limfanı qəbul edirlər. Bu düyünlərə gələn limfa damarları daxili qalça qan damarlarının ətrafında kələf əmələ gətirirlər. Həmən kələfdən çıxan aparıcı damarlar xarici qalçalimfa kələfi damarlar ilə bərabər ümumi qalça kələfini təşkil edirlər.

4. Nodi lymphatici sacralis-oma limfa düyünləri-(2-8 ədəd) oma sümüyünün önündə yerləşirlər və düz bağırsağın, qadınlarda isə uşaqlığın limfa damarları və düyünləri ilə rabitədə olaraq xüsusi kələf əmələ gətirirlər. Bu kələfdən çıxan aparıcı damarların bir hissəsi ümumi qlça kələfi ilə birləşir və digər hissəsi daxili qalça limfa düyünlərinə açılır.

5. Nodi lymphatici vesicales anteriores et laterales- sidikliyin ön və yan limfa düyünləri – sidikliyin ön səthinəd içəri göbək bağının ətrafında yerləşərək, sidikliyin limfa damarlarını qəbul edirlər. Bu düyünlərdən çıxan aparıcı damarlar daxili və ümumi qalça limfa düyünlərinə açılırlar.

6. Nodi lymphatici anorectales- anus düz bağırsaq limfa düyünləri- düz bağırsağın əzələ qişasının xarici səthində yerləşərək, düz bağırsaq divarlarından və qadınlarda uşaqlıqdan limfa damarlarını qəbul edirlər. Bunlaradn başqa düz bağırsağın qan damarlarının ətrafında nodi lymphatici rectales adlanan digər qrup limfa düyünlərinə təsadüf olunur. Anus düz bağırsaq düyünlərinin aparıcı damarları bu düyünlərin keçərək oma və aşağı çöz düyünləri ilə rabitədə olurlar. Nodi lymphatici rectales düz bağırsaqdan başqa uşaqlıq yolunun dalından limfanı qəbul edirlər. Anusu əhatə edən dəridən limfa qasıq düyünlərinə toplanır.

Aşağı ətrafın limfa düyünləri.

Aşağı ətrafın limfa düyünləri qqasıq nahiyyəsində dizaltı çuxurda və sümükarası zarın üzərində yerləşərək bir neçə qrupa bölünür.

1. Nodi lymphatici tibialis anterior- ön qamış limfa düyünü-sümükarası zarın yuxarı 1/3 hissəsinin önündə yerləşərək ayağın arxasından və baldırın önünüdən dərin limfa damarlarını qəbul edir.Bəzən bu düyün cüt olur; aparıcı damarları dizaltı düyünlərə daxil olurlar.

2. Nodi lymphatici poplitei- dizaltı limfa düyünləri- (4-6 ədəd) dizaltı çuxurda piy təbəqəsinin arasında yerləşərək ayaq altının, ayağın bayır hissəsinin, və baldlrln səthi və dərin limfa damarlarını qəbul edirlər.Bu düyünlərdən çıxan aparıcı damarlar bud qan damarlarını müşayət edərək qasığın dərin limfa düyünlərinə açılırlar.

3. Nodi lymphatici inguinales- qasığın limfa düyünləri- Pupart bağı kənarı üzərində və bu bağdan aşağı yerləşərək iki qrupa bölünürlər: qasığın səthi və dərin limfa düyünləri .

Nodi lymphatici inguinales superficales- qasığın səthi limfa düyünləri – qasıq bağından aşağı , budun enli bağınin üzərində və oval çuxur nahiyyəsində yerləşərək aşağı ətrafın səthi limfa damarlarını, qarnın səthi limfa damarlarını , sağı nahiyyəsinin, sidik kanalının və penisin səthi limfa damarlarını, xayalığın və cinsiyyət dodaqlarının limfa damarlarını, uşaqlığın dibindən, uşaqlıq yolunun aşağı hissəsindən və uşaqlıq yolu dəhlizindən limfanı qəbul edirlər. Bunlardan çıxan aparıcı damarlar oval çuxurun xəlbirəbənzər səfhəsinin dələrək, qasığın limfa düyünlərinə açılırlar.

Nodi lymphatici inguinales profundi- qasığın dərin limfa düyünləri-( 4 ədəd) oval çuxur nahiyyəsində enli fassiyanın altında, bud qan damarlarının ətrafında yerləşirlər və aşağı ətrafın dərin limfa damarlarını, qasığın səthi və dizaltı düyünlərinin aparıcı damarlarını qəbul edərək qasığın limfa kələfini- plexus lymphaticus inguinalis əmələ gətirirlər. Bu düyünlərdən biri bud venalarının içəri tərəfində yerləşərək qasığın kanalını tutur. Qasığın limfa düyünlərindən çıxan aparıcı limfa damarları xarici qalça arteriyasını müşayət edərək xarici qalça düyünlərinə açılırlar: buradan limfa bel kötüyünə axır.

Aşagı ətrafın limfa damrları iki qrupa bölünürlər: səthi və dərin. Səthi limfa damarları ayaqda xüsusi fassiyanın üzərində olan limfa torundan başlayaraq iki dəstə təşkil edirlər. Dal bayır dəstə VI vəV barmaqların, ayağın bayır kənarının və baldırın bayır dal səthinin dərisindən, piy təbəqəsindən və səthi fassiyasından limfanı toplayaraq qıçın kiçik dərialtı venasını müşayət edir və dizaltı limfa düyünlərinə açılır.

İçəri dəstə ayağın və baldırın yerdə qalan nahiyyələrindən limfanı qəbul edərək, qıçın böyük dərialtı venasını müşayət edir və bilavasitə və qasığın səthi limfa düynlərinə açılır.Bununla da ayağın içəri nahiyyəsinin dərisinin irinli xəstəliklərində qasıq düyünlərin iltihabı prosesə uğraması izah olunur. Ayağın, baldırın və diz oynağının dərin limfa damarları həmən nahiyyədən limfanı toplayıb dizaltı düyünlərə aparırlar. Bu düyünlərdən başlayan aparıcı limfa damarları bud arteriyasını müşayət edərək limfanı qasığın dərin limfa düyünlərinə daşıyırlar.




Yüklə 48,86 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin