AƏF qısametrajlı film/annimasiya filmin çəkilməsi ilə bağlı açıq müsabiqə (Tender) elan edir
Müsabiqə (Tender) haqqında:
Müsabiqə (tender), Norveç Hökuməti Xarici İşlər Nazirliyinin dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən Vətəndaş Jurnalistikası Elektron Media Proqramının məqsədlərinə uyğun olaraq sosial media ilə bağlı qısametrajlı film/annimasiya filminin çəkilməsini nəzərdə tutur. Bu müsabiqənin (tenderin) məqsədi, Azərbaycanda sosial medianın insanların, xüsusilə də, gənclərin həyatındakı rolunu dəstəkləməkdən ibarətdir.
Uyğunluq meyarı:
Müsabiqənin (tenderin) iştirakçıları qısametrajlı/annimasiya filminin çəkilməsi üzrə təcrübəsi olan hüquqi və fiziki şəxslər ola bilər.
Nəzərdə tutulan işlər:
• sosial media ilə bağlı filmin/annimasiya filminin ssenari mövzusunun AƏF ilə müzakirəsi;
• Filmin çəkilişi ilə bağlı icra planının müzakirəsi;
•Filmin icra planı üzrə çəkilib təhvil verilməsi;
• Digər aidiyyəti işlər.
Müsabiqədə (tenderdə) iştirak etmək üçün təklif paketinə aşağıdakı məlumatlar daxil olmalıdır:
• Tərcümeyi-hal
• Oxşar əvvəlki təcrübəni əks etdirən motivasiya məktubu
• Çəkdiyi film nümunəsi və təklif olunan büdcə
Müsabiqədə (tenderdə) iştirak etmək üçün təklif paketi 13 mart 2012-ci il tarixinə qədər info@epfound.az elektron ünvanına və ya aşağıdakı ünvana təqdim olunmalıdır:
Avrasiya Əməkdaşlıq Fondu
Cəfər Cabbarlı 44,
Caspian Plaza, 6-cı mərtəbə
Faks: 994 12 437-29-44
Aidiyyəti məsələlərə dair suallar yaranarsa Rəşad Əliyev, AƏF-in Layihə Koordinatoru ilə aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz.
Phone: Tel: +994 12 437 29 40/41/42/43 (daxili nömrə 15)
Dostları ilə paylaş: |