Aəf vətəndaş Jurnalistikası Elektron Media layihəsi çərçivəsində açıq müsabiqə (Tender) elan edir



Yüklə 7,2 Kb.
tarix24.05.2018
ölçüsü7,2 Kb.
#51211




AƏF Vətəndaş Jurnalistikası Elektron Media layihəsi çərçivəsində açıq müsabiqə (Tender) elan edir
Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur.
Hal-hazırda AƏF Azərbaycanda həyata keçirilən və Norveç Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən Vətəndaş Jurnalistikası Elektron Media Layihəsi çərçivəsində yaradılmış bloq səhifəsinin yenilənməsi ilə bağlı açıq müsabiqə (tender) elan edir.
Müsabiqə (Tender) haqqında:

Müsabiqə (tender), Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “Vətəndaş Jurnalistikası Elektron Media” layihəsi çərçivəsində yaranmış regiondan.info bloq səhifəsinin yenilənməsini nəzərdə tutur. Məqsəd həmin səhifənin daha oxunaqlı etmək, geniş auditoriya cəlb etmək, səhifəyə yazılar yerləşdirənlərin sayını artırmaqdır.


Uyğunluq meyarı:

Müsabiqənin (tenderin) iştirakçıları wordpress platforması üzrə webdizayn və web proqramlama təcrübəsi olan hüquqi və fiziki şəxslər ola bilər.


Nəzərdə tutulan işlər:

Müsabiqədə (tenderdə) iştirak etmək üçün təklif paketinə aşağıdakı məlumatlar daxil olmalıdır:


Müsabiqədə (tenderdə) iştirak etmək üçün təklif paketi 6 avqust 2012-ci il tarixinə qədər info@epfound.az elektron ünvanına göndərilməlidir.



Xahiş olunur ki, elektron məktublarınızın başlıq hissəsində “Web səhifənin yenilənməsi” adını qeyd edəsiniz.
Yüklə 7,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin