Aegee association des Etats Généraux des Etudiants de l'Europe Avropa Tələbələr Forumu Bakı Odlar Yurdu Azərbaycan Dil Kursu üzrə Yay Universiteti



Yüklə 8,08 Kb.
tarix13.06.2018
ölçüsü8,08 Kb.
#53463




AEGEE - Association des Etats Généraux des Etudiants de l'Europe
Avropa Tələbələr Forumu - Bakı


Odlar Yurdu Azərbaycan Dil Kursu üzrə Yay Universiteti

9-23 iyul 2007-ci il tarixlərində AEGEE-Baki İctimai Birliyi Odlar Yurdu Azərbaycan Dil Kursu üzrə Yay Universiteti təşkil edəcəkdir. Bu tədbir AEGEE-Avropa təşkilatının gənclərin və tələbələrin inteqrasiyasını təşviq edən, incəsənət, tarix, dil, təbiət və idman mövzuları ilə bağlı Avropa miqyaslı Yay Universiteti layihəsi çərçivəsində həyata keçirilir. Tədbirdə Avropanın bir neçə ölkəsindən (İspaniya, Rusiya, Türkiyə, Hollandiya, Polşa, Yunanıstan, Sloveniya, Slovakiya, Macarıstan, Böyük Britaniya, Almaniya, Albaniya və s.) 20 könüllü gənc iştirak edir.


Bu Yay Universitetində Avropadan olan gənc iştirakçılara Azərbaycan dilinin öyrədilməsi üçün AEGEE-Baki üzvləri, Xəzər Universiteti və “İnternational Language Centre” beynəlxalq dil kurslarının müəllimləri tədris edəcəkdir. Ana dilimizin mənimsənilməsi və tədrisindən əlavə Xəzər dənizi sahilində Azərbaycan xalq musiqisi və milli rəqsləri, milli mətbəximizə aid xörəkləri tərənnüm edən mərasimlər təşkil ediləcəkdir. Həmçinin lahiyə daxilində Bakı şəhərinin muzeyləri və kinoteatrlari ilə tanışlıq, maraqli çimərlik partisi, Xəzər dənizin sahilində günəş vannası qəbulu və dənizdə üzmək, şəhərimizin ən səs-küylü yerlərində, insanların, xüsusilə də gənclərin toplaşdığı yerlərdə maraqlı və macəralı gəzintilər və s. daxildir.
AEGEE-Baki Azərbaycan mədəniyyəti və təbiəti ilə tanışlıq mövzusunda isə Atəşgah, Ramana qalası, Qobustan, Şəki və Lənkərana səfərlər təşkil edəcəkdir.
AEGEE (Association des Etats Generaux des Etudiants de l’Europe), yəni Avropa Tələbələri Forumu Avropada ən böyük tələbə assosiasiyasıdır; təşkilat Avropanın 40 ölkəsinin 241 şəhərindən olan 15.000-dək müxtəlif füsunkar mədəniyyətlərə malik tələbəni özündə birləşdirir. AEGEE dünyəvi, gəlir güdməyən, heç bir siyasi partiyaya aid olmayan bir təşkilatdır. Onun həyata keçirdiyi bütün layihə və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır.
Avropa Tələbələri Forumu Bakı İctimai Birliyi AEGEE-Avropa şəbəkəsinin yerli antennasıdır. 2004-cü ildə bir neçə Avropa inteqrasiyası ideyalı azərbaycanlı tələbə yerli antennanın açılması təşəbbüsü ilə çıxış etmiş və artıq həmin ildə Avropa komandası ilə birgə bir neçə kiçik həcmli tədbir həyata keçirmişlər. Fəaliyyətinin 3 ili ərzində AEGEE-Bakı təşkilatı Azərbaycan gənclərinin Avropaya inteqrasiyasına əsaslı töhvə vermiş bir çox gənclər mübadiləsi proqramı həyata keçirmişdir.
Proqram haqqında əlavə məlumatları aşağıdakı şəxslərdən ala bilərsiniz:
Aynura Məhərrəmova, AEGEE-Baki PR Manager

E-mail: aynura_ms@yahoo.com, Mob: 070 221 61 14

Fəridə Yusifova, AEGEE-Baki Yay Universiteti Project Coordinator



E-mail: y_feride@hotmail.com, Mob: 050 627 93 64
Yüklə 8,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin