Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 4.71 Mb.
səhifə14/31
tarix21.10.2017
ölçüsü4.71 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

SUALLAR


1.Təcrübəyə meylin və hiss olunmayan şeyləri inkar etməyin nə kimi nöqsanları vardır?

2.Allaha e’tiqad bəsləməyin mənşəyini insanın cəhalət və qorxusu hesab edən bə’zi sosioloqların fərziyyələrinin nə kimi çatışmaz cəhəti vardır?

3.Allaha e’tiqad bəsləməyin, səbəbiyyət (səbəb-nəticə) qanununun ümumi olması ilə ziddiyyəti vardırımı? Niyə?

4.Maddə və enerjinin sabitliyi qanunu dünyanın yaradanına e’tiqad bəsləməklə ziddiyyət təşkil edirmi? Niyə?

5.Təkamül nəzəriyyəsi Allahın varlığına e’tiqadı inkar edirmi? Niyə?

ON DÖRDÜNCÜ DƏRS

MATERİALİST DÜNYAGÖRÜŞÜ NƏZƏRİYYƏSİ VƏ ONUN TƏNQİDİ

Materialist dünyagörüşün prinsipləri

Birinci prinsipin araşdırılması

İkinci prinsipin araşdırılması

Üçüncü prinsipin araşdırılması

Dördüncü prinsipin araşdırılması


MADDİ DÜNYAGÖRÜŞÜN PRİNSİPLƏRİ


Materialist dünyagörüşü üçün aşağıdakı prinsipləri qeyd etmək olar:

Birincisi: Varlıq maddə ilə, yaxud maddi şeylərlə bərabərdir1 və yalnız o şeyləri mövcud (var) hesab etmək olar ki, ya maddə olub həcmə və en, uzunluq və hündürlüyə malik olsun, ya da maddənin xassələrindən sayılsın və maddəyə tabe olaraq kəmiyyətə malik olub bölünə bilsin. Bu prinsipin əsasında Allahın varlığı, qeyri-maddi və təbiətin fövqündə olan bir varlıq ünvanı ilə, inkar olunur.

İkincisi: Materiya əzəli, əbədidir, bir kəs tərəfindən yaradılmayıb, heç bir səbəbə ehtiyacı yoxdur və bizim fəlsəfi terminlə desək, materiya “vacibül-vücud”dur.

Üçüncüsü: Materiya aləm üçün heç bir hədəf və əsli (əsasi) səbəb olduğuna inanmaq (qəbul etmək) olmaz, çünki onun şüurlu və iradəli faili yoxdur ki, hansısa hədəfi ona nisbət verə bilək.

Dördüncüsü: Kainatın fenomenləri (nəinki maddənin əsli) maddənin zərrələrinin nəql olunması və onların bir-birinə tə’sir qoyması nəticəsində əmələ gəlir, buna görə də əvvəlki fenomenləri sonrakı fenomenlər üçün bir növ şərt və e’dadi səbəb (vasitə rolunu oynayan səbəb) hesab etmək olar, ən çoxu da maddiyyat arasında təbii failiyyət kimi qəbul etmək olar. Məsələn, ağacı meyvə üçün təbii fail hesab etmək olar, yaxud fiziki və kimyəvi fenomenləri onların amillərinə nisbət vermək olar, lakin heç bir fenomen ilahi və varlıq bağışlayan failə ehtiyaclı deyildir.

Bu qeyd olunanlara beşinci bir müddəanı da əlavə etmək olar. Bu da mə’rifətşünaslıqla əlaqədardır və bir baxımdan sair prinsiplərdən ilkindir. O da bundan ibarətdir ki, yalnız o mə’rifətin e’tibarı vardır ki, təcrübi hisslərdən qaynaqlanmış olsun. Hissi təcrübələr də yalnız materiyanı və maddi varlıqları isbat etdiyindən, bundan başqa heç bir şeyin varlığı qəbul olunmur.

Amma bu prinsipin düzgün olmaması keçən dərsdən aşkar oldu2. Onun yenidən araşdırılıb tənqid edilməsinə ehtiyac yoxdur. Buna görə də qalan prinsipləri araşdırırıq.

BİRİNCİ PRİNSİPİN ARAŞDIRILMASI


Materialist təfəkküründə ən əsas bir prinsip sayılan bu pirinsip dəlilsiz iddiadan başqa bir şey deyildir. Onun vasitəsi ilə təbiətin fövqündə olan varlıqların inkar olunmasına heç bir dəlil gətirmək olmaz, xüsusilə də hiss və təcrübənin ilkin olması əsasında qurulan materialist mə’rifətşünaslığı əsasında. Çünki, aydındır ki, heç bir hissi təcrübə özünün maddə və maddi şeylərdən ibarət olan hüdudlarından kənarda bir şeyi isbat və ya inkar edə bilməz. Hissin əsl qərar verilməsi əsasında, uzağı, bunu izhar etmək olar ki, onun əsasında təbiətin fövqündə olan şeyləri isbat etmək olmaz. Belə isə, ən azı, onun (yə’ni təbiətin fövqündə olan şeylərin) varlığına ehtimal vermək olar. Əvvəllər də qeyd etdik ki, insan, maddə və onun xüsusiyyətlərinə malik olmayan şeylərin çoxunu, o cümlədən, öz ruhunu özünün hüzuri elmi ilə dərk edir. Mücərrəd varlıqların mövcudluğuna dair çoxlu əqli dəlillər də gətirilmişdir ki, bu da fəlsəfə kitablarında qeyd olunmuşdur.1 Mücərrəd ruhun varlığına dair ən yaxşı dəlil düzgün yuxular, murtazların (yoqların) bir çox işləri, eləcə də peyğəbərlərin (ə) və ilahi övliyaların (ə) mö’cüzə və kəramətlərini göstərmək olar.2 Ümumiyyətlə, Mütəal Allahın varlığına və Onun cismani olmamasına dair gətirilən dəlil və bürhanlar bu prinsipin batil edilməsinə kifayətdir.3

İKİNCİ PRİNSİPİN ARAŞDIRILMASI


Deyilən prinsipdə əvvəlcə materiyanın əzəli və əbədi olmasına tə’kid edilir və onun kimsə tərəfindən yaradılmaması iddia olunur.

Amma əvvəla, bunu qeyd etmək lazımdır ki, materiyanın əzəli və əbədi olması elmi və təcrübi dəlillər əsasında isbat oluna bilməz, çünki təcrübənin dairəsi məhduddur və heç bir təcrübə dünyanın zaman və məkan baxımından sonsuz olmasını isbat edə bilməz.



İkincisi, materiyanın, onun əzəli olması fərz olunduqda belə, Yaradana ehtiyacsız olması lazım gəlmir, necə ki, əzəli bir mexaniki hərəkətin fərz olunması onun mühərrik qüvvəsindən ehtiyacsız olmasını deyil, sadəcə əzəli mühərrik qüvvəsinin fərz olunmasını tələb edir.

Əlavə, madənin yaradılan olmaması onun vacibül-vücud olması deməkdir və biz, səkkizinci dərsdə maddənin vacibül-vücud olmasının qeyri-mümkünlüyünü isbat etdik.


ÜÇÜNCÜ PRİNSİPİN ARAŞDIRILMASI


Üçüncü prinsip dünyanın hədəfli olmasının inkar edilməsidir ki, bu da Yaradanın inkar olunmasının təbii nəticəsidir. Təbiidir ki, hikmət sahibi olan Allahın varlığının isbat olunması ilə bu prinsip də batil edilir (qüvvədən salınır). Bundan əlavə, belə bir sual yaranır ki, əql sahibi olan bir insan dünyanın heyrətamiz nizamını, onun varlıqları arasında mövcud olan sıx uyğunluğu və qırılmaz bağlılığı, bunun ardınca gələn saysız-hesabsız faydaları müşahidə edə-edə dünyanın hədəfli olmasını necə dərk edə bilməz?

DÖRDÜNCÜ PRİNSİPİN ARAŞDIRILMASI


Materialist dünyagörüşün dördüncü prinsipi səbəbiyyətin, fenomenlərin yalnız maddi əlaqələrdə məhdudlaşdırılmasıdır ki, bu prinsiplə əlaqədar çoxlu iradlar yaranır, onların ən mühümləri aşağıdakılardır:

Birincisi, bu prinsipə uyğun olaraq dünyada heç vaxt yeni bir varlıq yaranmamalıdır, halbuki, xüsusilə insanlar arasında və heyvanlar aləmində yeni-yeni varlıqların yaranmasının şahidiyik ki, onların ən mühümü həyat, şüur, ülvi-insani duyğular, hislər, fikir və iradədir.

Materialistlər belə deyirlər: «Bu kimi fenomenlər də materiyanın xassələrindən başqa bir şey deyildir!» Cavabında deməliyik ki, əvvəla, materiya və maddiyyatın ondan heç vaxt ayrıla bilməyən xüsusiyyəti imtidad (dartılma) və bölgüyə mə’ruz qamasıdır, halbuki, bu xüsusiyyətlər yuxarıda qeyd olunan fenomenlərdə yoxdur.



İkincisi, “Materiyanın xassələri” adlandırılan bu fenomenlər şəksiz, cansız materiyada mövcud olmamışdır. Başqa sözlə desək, nə vaxtsa materiya bu xassələrə malik olmamış və sonradan onlarda olmuşdur. Deməli, “materiyanın xassələri” adlandırılan bu fenomenlərin vücuda gəlməsi onu yaradana, vücuda gətirənə ehtiyaclıdır ki, onları materiyada yaradıb əmələ gətirsin. Bu da məhz icad edən, yaradan, varlıq bağışlayan illətdir.

Bu nəzəriyyənin ən mühüm iradlarından biri də budur ki, onun əsasında dünyanın bütün varlıqları icbari olmalıdır, çünki, materiyanın tə’sir qoyması və tə’sirlənməsində ixtiyara və seçkiyə əsla yer qalmır. İxtiyarın inkar olunması da zərurət və bədahətin əksinə olmaqla yanaşı, hər növ məs’uliyyətin, əxlaqi və mə’nəvi dəyərin də inkar olunmasını tələb edir. Bunların da insan həyatında nə kimi acınacaqlı hallara gətirib çıxaracağı gün kimi aydındır.

Nəhayət, materiyanın vacibül-vücud ola bilməsinin qeyri-mümkünlüyünə diqqət yetirməklə onun varlığı üçün bir səbəbi qəbul etməliyik. Belə səbəb də təbii və i’dadi (vasitə yönlü) səbəb qəbilindən olmayacaqdır. Çünki bu kimi əlaqə və bağlılıqlar yalnız maddiyyatın arasında, onların bir-biri ilə əlaqəsində təsəvvür olunur. Amma maddə öz illəti ilə belə bir rabitəyə malik ola bilməz. Deməli, maddəni yaradan illət onu icad edən, təbii amillərin fövqündə olan bir varlıqdır.



Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə