Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə103/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   99   100   101   102   103   104   105   106   ...   289

İLAHİ ƏDALƏTİN DƏLİLİ


Qeyd olunduğu kimi, bir təfsirə görə ilahi ədalət ilahi hikmətin bir hissəsidir, digər bir təfsirə əsasən, onunla eyniyyət təşkil edir. Təbiidir ki, on birinci dərsdə işarə edildiyi kimi, onun isbat olunmasının dəlili də məhz ilahi hikməti isbat edən dəlildən ibarət olacaqdır. Burada da əlavə izahat veririk.

Bildik ki, Mütəal Allah qüdrət və ixtiyarın ən yüksək mərtəbəsinə malikdir və heç bir qüvvənin təsiri altına düşmədən, məcbur olmadan mümkünül-vücuda aid olan hər bir işi istəsə, yerinə yetirər, istəməsə - yox. Amma qüdrəti çatdığı işlərin hamısını yerinə yetirmir, əksinə, istədiyi və iradə etdiyi işləri görür.

Həmçinin bildik ki, Onun iradəsi hesabsız-kitabsız deyildir, əksinə, O Özünün kamal sifətlərinin tələbinə uyğun olaraq iradə edir. Əgər Onun kamal sifətləri hər hansı bir işin görülməsini tələb etməsə, heç vaxt həmin işi görməyəcəkdir. Mütəal Allah sırf kamaldan ibarət olduğundan Onun iradəsi də ilk əsasda məxluqatın xeyir və kamalına aid olur və əgər hər hansı bir məxluqun vücuda gəlməsi aləmdə müəyyən nöqsanların və şər işlərin yaranmasına səbəb olsa, onun şəri müəyyən məqsədlərə tabe olacaq, yəni bir çox inkarolunmaz xeyirlərin həyata keçməsindən ötrü onun şəri ilahi iradə altında olacaqdır.

İlahi kamal sifətləri bunu gərəkli edir ki, dünya hasil olması mümkün olan ən çox kamal və xeyir məcmusunda olacaq bir vəziyyətdə yaradılsın. Buradan da Allah-taala üçün hikmət sifəti sübuta yetir.

Deməli, insanın vücuda gəlməsinin mümkünlüyü və onun vücudunun ən çox xeyir mənşəyi olacağı şəraitdə ilahi iradə vasitəsilə yaradılır. İnsanın əsas imtiyazlarından biri də ixtiyar və azad iradədir. Şübhəsiz ixtiyar və seçmək qüdrətinə malik olmaq varlıq kamallarından biri hesab olunur və ona malik olan bir varlıq ondan məhrum olan varlıqdan daha kamil hesab olunur. İnsanın ixtiyar sahibi olması da bunu gərəkli edir ki, həm yaxşı və layiqli işlər görərək yekun kamala, əbədi səadətə doğru irəliləməyə, həm də çirkin və yaramaz işlər görərək əbədi bədbəxtçiliyə və ziyankarlığa doğru sürüklənməyə qadir olsun. Əlbəttə, ilahi iradəsi ilk növbədə onun təkamülüdür, lakin insanın ixtiyari təkamülündə tənəzzül və süqut da mümkün olduğundan, (bunlar nəfsani istəklərə və şeytani məqsədlərə itaət etmək nəticəsində hasil olur) belə bir ixtiyari süqut da ilahi iradə çərçivəsində olur.

Agahlıq üzündən olan seçkidə xeyir və şər yollarının düzgün tanınmasına ehtiyacı duyulduğundan Mütəal Allah insanı onun xeyir və məsləhətinə səbəb olan şeyləri yerinə yetirməyi əmr etmiş, onun fəsada və süquta uğramasına səbəb olan işlərdən çəkindirmişdir ki, onun təkamülə doğru hərəkətinin vəsaitləri yaransın.

İlahi təkliflər insanın onlara əməl edərək nəticəsinə çatmaq məqsədilə yaradılmışdır və Allah üçün heç bir xeyir və mənfəət kətirmir. Buna görə də ilahi hikmət bu təkliflərin mükəlləf şəxslərin bacarıq və qüdrəti ilə mütənasib olmasını tələb edir, çünki itaət etməyə imkan olmayan təklif əbəs olacaqdır.

Beləliklə, ilk mərhələdə (xüsusi mənada) olan ədalət, yəni təklif məqamında ədalət belə sübuta yetir ki, əgər Mütəal Allah bəndələrin taqət və bacarığının fövqündə olan bir təklif təyin etsəydi, ona əməl edilməsi mümkün olmaz və əbəs iş görülmüş olardı.

Amma bəndələr arasında mühakimə yürütmək, hökm etmək məqamındakı ədalətə gəldikdə isə, sübut olunur ki, bu iş fərdlərin müxtəlif mükafat və cəzalara layiq olmasını ayırd etmək məqsədi ilə görülür, əgər ədalətin əksinə olarsa, nəzərdə tutulan məqsədin tam əksi hasil olacaqdır.

Mükafat və cəza vermək məqamındakı ədalətə gəldikdə isə, bu, yaradılışın son hədəfinə diqqət yetirməklə sübuta yetir. Çünki insanı, onun yaxşı və pis əməllərinin nəticəsinə çatmaq üçün yaradan kəs əgər onu, bu məqsədin tələbinin əksinə olaraq mükafat versə və ya cəzalandırsa, öz hədəfinə çatmayacaqdır.

Deməli, ilahi ədalətin səhih mənada və bütün növlərində olan dəlili bundan ibarətdir ki, Onun zati sifətləri ədalətli və hikmətli rəftar tələb edir, Onda zülmü, əbəs işləri tələb edən bir sifət mövcud deyildir.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin