Ајәтуллаһ Мисбаһ Јәзди


İNSAN KAMİLLİK AXTARAN BİR VARLIQDIR



Yüklə 2,8 Mb.
səhifə12/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   8   9   10   11   12   13   14   15   ...   289

İNSAN KAMİLLİK AXTARAN BİR VARLIQDIR


Hər kəs özünün ruhi meyllərinə və batini məqsədlərinə diqqət yetirib onlar barədə bir qədər fikirləşsə, onların çoxunun təkamülə meyilli olduğunu görəcəkdir. Ümumiyyətlə, heç kəs öz varlığında hər hansı bir çatışmazlığın olmasını istəməz. O daim çalışar ki, mümkün qədər hər növ çatışmazlığı, eyb və nöqsanı özündən uzaqlaşdırsın ki, istənilən təkamülə çata bilsin. Nöqsanlı halları və çatışmazlıqları aradan qaldırmaqdan qabaq onu başqalarından gizlədir.

Bu meyl, özünün fitri yolunda cərəyan etdiyi təqdirdə insanın hər növ – həm maddi, həm də mənəvi təkamül və tərəqqisinin amili olmalıdır. Əgər insan müəyyən səbəb və şəraitlər nəticəsində düzgün olmayan yola düşsə riyakarlıq, təkəbbürlük və s. kimi rəzil sifətlərin özünü büruzə verməsinə səbəb olacaqdır.

Bir sözlə desək, təkamülə olan meyl insan ruhunun dərinliklərində olan güclü fitri bir amildir ki, əksər hallarda o, agahlıq ilə yanaşı diqqət mərkəzində olur, lakin azacıq diqqət yetirməklə onların hamısının əsasının “kamillik axtarmaq” olduğu məlum olur.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin