Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə127/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   123   124   125   126   127   128   129   130   ...   289

BİR NEÇƏ ŞÜBHƏNİN HƏLLİ


Peyğəmbərlərin isməti ilə əlaqədar bəzi şübhələr irəli çəkilmişdir ki, onların cavabını veririk:

Birinci şübhə: Əgər Mütəal Allah peyğəmbərləri günaha mürtəkib olmaqdan saxlayıbsa və bu da vəzifələrinin yerinə yetirilməsinə zəmanət verirsə, bu halda onlar üçün “ixtiyari olmaq” imtiyazı sübuta yetmir. Nəticədə vəzifələrini yerinə yetirmək və günahlardan çəkinmək üçün mükafata layiq görülməyəcəklər. Çünki əgər Mütəal Allah başqa bir şəxsi də məsum qərar versəydi, onlar da peyğəmbərlər kimi olardılar.

Bu şübhənin cavabı yuxarıda qeyd edilənlərdən aydın olur. Onun xülasəsi budur ki, məsum olmağın mənası vəzifələrin yerinə yetirib günahları təkr etməkdə məcbur olmaq deyildir. (Bu, əvvəlki dərsdə bəyan olundu.) Allahın da məsumlar üçün ismət bağışlayan və onları günahlardan qoruyan olmasını demək ixtiyari işlərin onlardan alınması demək deyildir. Çünki bütün varlıqların, nəticə etibarı ilə Allahın təkvini iradəsinə istinad verilməsinə baxmayaraq Allah tərəfindən xüsusi bir izahat (tövzih) mövcud olduqda işlərin Ona istinad verilməsi ikiqat olacaqdır, lakin Allahın iradəsi insanın iradəsi ilə eninə deyil, uzununadır və Onun iradəsinin əvəzedicisi ünvanı ilə deyildir.

Amma Allahın məsumlar ilə əlaqədar xüsusi inayətinə gəldikdə, xüsusi şəxslər üçün nəzərdə tutulan müəyyən imkanlar (şərait və səbəblərdə olduğu kimi) onların məsuliyyətini və işlərinin mükafatını, müxalifət edəcəkləri təqdirdə isə onların cəzalarını qat-qat artırır. Beləliklə, məsum şəxsin özünün gözəl seçim və ixtiyarına əsasən cəzaya layiq olmayacağına baxmayaraq, mükafat ilə cəza arasında tarazlıq yaranır. Bu uyğunluğu xüsusi nemətlərdən bəhrələnən şəxslər barəsində də mülahizə etmək olar. Belə ki, din alimləri və Peyğəmbər Əhli-beytinə (ə) bağlı olan şəxslər daha həssas və ağır məsuliyyətə malikdirlər.1 Buna görə də onların yaxşı əməllərinin mükafatı daha çox, (günaha mürtəkib olduqları fərz edildikdə) günahlarının cəzası isə daha artıq olur.2 Məhz buna görə də hər kəs yüksək mənəvi məqama malik olsa onun süquta düşmə təhlükəsi daha artıq, sapma qarşısında qorxusu daha çox olacaqdır.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin