PEYĞƏMBƏRLƏRİN SAYI
Qeyd olunduğu kimi, bizim əqlimiz peyğəmbərlərin və asimani kitabların sayını təyin etməyə qadir deyildir. Bu kimi mətləblərin isbat olunması nəqli dəlildən başqa yolla müyəssər ola bilməz. Qurani-kərimin Mütəal Allahın hər bir ümmətə peyğəmbər göndərməsini iddia etməsinə baxmayaraq,4 ümmətlərin və onların peyğəmbərlərin sayını müəyyən etməmiş, ilahi peyğəmbərlərdən iyirmidən bir qədər artığının adını qeyd etmiş, bəzilərinin də adını çəkmədən onların bir neçəsinin başına gələn əhvalatlara işarə etmişdir.5 Lakin Əhli-beytdən (ə) nəql olunan bir neçə rəvayətdə qeyd olunur ki, Mütəal Allah 124 min peyğəmbər göndərmişdir.1 Peyğəmbərlər silsiləsi bəşər atası həzrət Adəmlə (ə) başlanır və həzrət Məhəmmədlə (s) sona çatır.
Allahın peyğəmbərləri xüsusi ilahi mənsəb olan “nəbi” adına malik olmaqdan əlavə “nəzir”, “münzir”, “bəşir” və “mübəşşir” kimi sifətlərə də malik olmuş, salehlərdən və müxləslərdən sayılmışlar. Onlardan bəziləri risalət məqamına da nail olmuşlar. Bəzi rəvayətlərdə risalət sahibi olan rəsulların sayı 313 nəfər qeyd edilmişdir.2
Bununla bağlı «nübüvvət» və «risalət»in məfhumu, «nəbi» ilə «rəsul» arasındakı fərqlə əlaqədar bir qədər izah veririk.
Dostları ilə paylaş: |