PEYĞƏMBƏRLƏRLƏ MÜXALİFLİYİN SƏBƏBLƏRİ
Peyğəmbərlərlə müxalifliyin, həvayi-nəfsə itaət və açıq-saçıqlığa meyl etmək kimi ümumi bir məqsəddən əlavə1 digər səbəbləri də olmuşdur. O cümlədən, bəzilərinin qürur və təkəbbürləri, özünü hamıdan üstün hesab etmələri (istikbar ruhiyyəsi) olmuşdur ki, bu da əksər hallarda özünü cəmiyyətin varlıları arasında büruzə verirdi.2 Digər səbəblər kimi ata-babalarının yanlış adət-ənənələrinə vəfadar qalmaq, onların təəssübünü çəkmək, müxtəlif cəmiyyətlər arasında yaranan yanlış dəyərləri qeyd etmək olar.3
Həmçinin iqtisadi mənbələrin, ictimai məqam və mövqeyin qorunub saxlanması sərvətlilər, hökmranlar və alimlər üçün güclü bir məqsəd idi.4 Digər tərəfdən xalq kütlələrinin cəhalət və məlumatsızlığı onların küfr başçıları tərəfindən aldadılmasında, cəmiyyətin əksəriyyətinə və böyüklərinə tabe olmaqda böyük bir amil idi ki, bu da onların öz yanlış təsəvvürləri ilə özlərinə təskinlik vermələrinə səbəb olurdu, nəticədə az bir dəstədən başqasının qəbul etmədiyi ayinə iman gətirməkdən imtina edirdilər. İman gətirənlər əksər hallarda da ictimai baxımdan yüksək mövqeyə malik olmayan, cəmiyyətin böyükləri və əksəriyyət təşkil edənlər tərəfindən qovulan şəxslər idi. Bu məsələdə hakim təbəqənin və zorakıların göstərdiyi təzyiqləri də nəzərdən qaçırmaq olmaz.5
Dostları ilə paylaş: |