Ајәтуллаһ Мисбаһ Јәзди


v) Yersiz mübahisə və höcətlər



Yüklə 2,8 Mb.
səhifə156/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   152   153   154   155   156   157   158   159   ...   289
v) Yersiz mübahisə və höcətlər. Allahın elçiləri camaat ilə hikmət və bürhan əsasında danışdıqda, yaxud gözəl mübahisə və müzakirə üslubundan istifadə edərək söhbət etdikdə, camaata moizə etdikdə öyüd-nəsihət verdikdə, yaxud da küfr, şirk və tüğyanın acı nəticələri barəsində xəbərdarlıq edib Allaha pərstiş etməyin gözəl faydalarını xatırlatdıqda, möminlərə və salehlərə dünya və axirət səadətini müjdə verdikdə küfr başçıları camaatı onların sözlərinə qulaq asmaqdan çəkindirir və sonra çox zəif məntiqlə onlara cavab verib xalq kütlələrini zahirdə gözəl olan sözlərlə aldatmağa çalışır,4 onları peyğəmbərlərə tabe olmasının qarşısını alır və əksər hallarda ata-babalarının keçmiş adət-ənələrinə istinad edirdilər.5 Onlar özlərinin mal-dövlətlərini və iqtisadi inkişaflarını peyğəmbərlərdən üstün olmaları kimi göstərir, ardıcıllarının maddi çətinlikdə, gerilikdə və zəiflikdə olmalarını onların rəftar və əqidəsinin düzgün olmamasına bir əsas gətirirdilər.6 Misal üçün deyirdilər: “Nə üçün Allah Öz rəsul və peyğəmbərlərini mələklərin arasından seçməmişdir?” “Onunla yanaşı niyə bir mələyi göndərməmişdir?”, yaxud “Nə üçün onları böyük maddi və iqtisadi imtiyazlarla bəhrələndirməmişdir?”.7 Bəzi vaxtlarda onların inadkarlıqları elə bir həddə çatırdı ki, deyirdilər: “Biz özümüzə vəhy olunmayınca, yaxud Allahı gözümüzlə görməyincə və arada heç bir vasitə olmadan, Onun sözlərini eşitməyincə, heç vaxt Ona iman gətirmərik.”8


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin