Mərifət barəsində qeyd olunan təsnifata əsasən dünyagörüşü də aşağıdakı növlərə bölmək olar:
1.Elmi dünyagörüş. Yəni, insan təcrübi elmlərin nailiyyətləri əsasında varlıq aləmi barəsində ümumi bir nəzər əldə etmiş olur.
2.Fəlsəfi dünyagörüş. Bu da əqlin səylər və elmi dəlillər vasitəsi ilə əldə etdiyi nəzəriyyəyə əsaslanır.
3.Dini dünyagörüş. Bu, din rəhbərlərinə iman gətirmək, onların sözlərini qəbul etməklə hasil olur.
4.İrfani dünyagörüş. Bu da kəşf, müşahidə və işraq yolu ilə hasil olur.
İndi bu dörd yolun hər birinin dünyagörüşün əsaslı məsələlərini həll edib-etməməsi və bu dörd yolun bir-birindən üstün olub-olmaması məsələsini araşdıraq.