Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə174/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   170   171   172   173   174   175   176   177   ...   289
    Bu səhifədəki naviqasiya:
  • SUALLAR

BİR NEÇƏ ŞÜBHƏNİN CAVABI


İslamın dünyaya yayılmasının qarşısını almaq üçün var-qüvvələrini sərf edərək heç nəyi əsirgəməyən düşmənlər müəyyən şübhələr yaratmaqla Allah dininin yalnız Ərəbistan yarımadası üçün nazil olduğunu və qeyrilərinə gətirilmədiyini iddia edirlər. Onlar müəyyən ayələrə istinad edərək bildirirlər ki, həmin ayələrdə Peyğəmbəri-Əkrəmə (s) öz qohum-əqrəbalarını, yaxud Məkkədə və onun ətrafında yaşayanları dəvət etmək əmr olunur.3 Həmçinin, “Maidə” surəsinin 69-cu ayəsində yəhudilər, sabeinlər və məsihilər haqqında da səadətin meyarı iman və saleh əməl hesab edilir, İslam dininin qəbul olunması səadətin şərti kimi qeyd olunmur. İslam fiqhində kitab əhli müşriklərlə eyni səviyyədə deyildir. Onlar (müsəlmanların verdikləri xüms və zəkatın yerinə) cizyə verməklə İslam dövlətinin sığınacağında yaşayırlar. Onların təhlükəsizliyi təmin olunur və öz şəriət hökmlərinə əməl edə bilərlər. Bu da həmin dinlərin rəsmi olaraq tanınması nişanəsidir.

Bunun cavabında demək lazımdır ki, Peyğəmbəri-Əkrəmin (s) yaxın adamlarını və Məkkə əhalisini haqqa dəvət edən ayələr sadəcə olaraq dəvətin mərhələləridir. Belə ki, bu mərhələlər o Həzrətin (s) qohum-əqrəbasından başlanmalı, sonra Məkkə əhalisi və onun ətrafında yaşayanlara doğru genişlənməli və nəhayət, bütün dünyanı əhatə etməlidir. Bu kimi ayələr o Həzrətin (s) risalətinin ümumdünya səviyyəsində olmasını göstərən ayələrlə heç bir əlaqəsi yoxdur. Çünki bu ayələrin məzmunu məhdudlaşdırıla bilməz. Bundan əlavə, belə məhdudlaşdırma əql sahiblərinin nəzərində qəbahətli və qeyri-məqbul hesab olunur.



“Maidə” surəsinin yuxarıda göstərilən ayəsində isə qeyd olunan məsələ bundan ibarətdir ki, sadəcə olaraq hansısa dinə tabe olmaq həqiqi səadətə nail olmaq üçün kifayət deyildir, əksinə, səadətin amili, həqiqi imandan, Mütəal Allahın Öz bəndələrinə vacib etdiyi vəzifələrə əməl etməkdən ibarətdir. İslamın ümumdünya səviyyəsində və əbədi bir din olmasını isbat edən dəlillərə uyğun olaraq, İslam Peyğəmbəri (s) zühur etdikdən sonra bu dinin hökm və qanunlarına əməl etmək bütün insanların vəzifəsidir.

Amma İslam dinində kitab əhlinin kafirlərdən üstün hesab edilməsinə gəldikdə isə, bu onların İslamı qəbul etməməkdə ona əməl etməməkdə üzürlü olması demək deyildir. Əksinə onlar haqqında rəva görülən məsləhətlərə uyğun olaraq dünyəvi güzəştlərdir. Şiələrin etiqadına görə, həmin güzəştlər müvəqqətidir. Həzrət İmam Zamanın (ə) zühur etdiyi zaman onlara yekun hökm elan olunacaq onlarla kafirlər kimi rəftar olunacaqdır. Bu mətləbi «li yuzhirəhu ələddini kullih»1 cümləsindən anlamaq olar.


SUALLAR


1.Bütün insanların İslam şəriətinə tabe olması vacibdirmi?

2.Qurandan İslam dininin dünyəvi və əbədi bir din olmasına dair dəlillər gətirin.

3.Bu mətləb üçün daha hansı dəlillər mövcuddur?

4.Peyğəmbəri-Əkrəmi (s) öz yaxın qohum-əqrəbalarını və Məkkə əhalisini hidayət etməyə məmur edən ayələrin o Həzrətin (s) risalətinin yalnız onlarla məhdudlaşmadığını izah edin.

5."Maidə" surəsinin 69-cu ayəsinə əsasən heç bir ümmətin İslama tabe olmamaqda üzrlü sayılmamasının dəlilini bəyan edin.

6.Zimmə əhlinin öz şəriətlərinə əməl etməyə icazəli olmaları, onların İslam şəriətini qəbul etməməkdə üzrlü olmalarına necə dəlil ola bilməz?



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin