OTUZ BEŞİNCİ DƏRS XATƏMİYYƏT
–Müqəddimə
–Quranda xatəmiyyətin dəlili
–Xatəmiyyət barədə rəvayətlər
–Nübüvvətin sona çatmasının dəlili
–Bir şübhənin cavabı
MÜQƏDDİMƏ
İslamın əbədi din olmasını nəzərə almaqla İslam şəriətini qüvvədən sala biləcək yeni peyğəmbərin məbus olacağı ehtimalı aradan gedir. Amma belə bir şübhə yarana bilər ki, digər peyğəmbərin gəlib İslam dinini təbliğ edərək yaymağı mümkündür. Çünki əvvəlki peyğəmbərlərin çoxu belə bir məsuliyyəti öhdələrinə almışdılar, istər şəriət sahibi olan peyğəmbərlərlə müasir olsunlar (məsələn, həzərət Lut (ə) həzrət İbrahimin (ə) müasiri və onun şəriətinə tabe idi), istərsə də şəriət sahibi olan peyğəmbərdən sonra göndərilsinlər və ona tabe olsunlar (Bəni-İsrail peyğəmbərlərinin çoxu belə olmuşdur). Belə şübhələr yaranmasın deyə, islam Peyğəmbəri Həzrət Məhəmmədin (s) xatəmiyyət məsələsi ayrıca şəkildə araşdırılmalıdır.
Dostları ilə paylaş: |