Ајәтуллаһ Мисбаһ Јәзди


XATƏMİYYƏTƏ DAİR RƏVAYƏTLƏR



Yüklə 2,8 Mb.
səhifə177/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   173   174   175   176   177   178   179   180   ...   289

XATƏMİYYƏTƏ DAİR RƏVAYƏTLƏR


Peyğəmbəri-Əkrəmin (s) xatəmiyyət məsələsi yüzlərlə rəvayətdə aşkar şəkildə bəyan olunmuşdur. Onlardan biri də həm sünni, həm də şiələr tərəfindən Peyğəməbrdən (s) mütəvatir şəkildə nəql olunan və məzmununda heç bir şübhəyə yer olmayan “Mənzilət» adlı hədisdir.2 O hədisdə deyilir:

«Peyğəmbər (s) Mədinədən Təbuka hərəkət etdiyi zaman həzrət Əlini (ə) müsəlmanların işlərini idarə etmək üçün öz yerinə canişin təyin etdi. Həzrət Əli də (ə) bu cihadda iştirak etmək feyzindən məhrum olduğuna görə qüssələndi. Bu zaman Peyğəmbər (s) ona buyurdu: «Mənimlə sənin bir-birimizə olan nisbətimizin Musa ilə Harunun bir-birinə olan nisbəti kimi olmasına razı olmazsanmı?!» Bundan sonra «Bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur» -deyə buyurmaqla ki, heç bir şəkk-şübhəyə yer qoymadı.»

Başqa bir rəvayətdə Peyğəmbərdən (s) belə nəql olunur: Ey insanlar! Məndən sonra heç bir peyğəmbər, sizdən sonra da heç bir ümmət yoxdur3

“Nəhcül-bəlağə”nin bir neçə xütbəsində4 və məsum imamlardan (ə) nəql olunan çoxlu rəvayət, dua və ziyarətnamələrdə bu mətləbə kifayət qədər toxunulmuşdur. Onların hamısını qeyd etməyə imkan yoxdur.




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin