RƏVAYƏTLƏRDƏN BİR NÜMUNƏ
Sünni və şiələrin həzrət Məhdi (ə) barəsində Peyğəmbərdən (s) nəql etdikləri hədislər təvatür həddindən artıqdır. Təklikdə sünni alimlərindən nəql edilən rəvayətlər onların bir qrupunun təsdiq etdiyinə görə təvatür həddinə çatmışdır.6 Sünni alimlərindən bir qrupu o Həzrətin (ə) varlığına etiqad bəsləməyi bütün islami firqələrin qəbul etdiyi məsələlər sırasında qeyd etmiş,7 bəziləri də o Həzrətin (ə) özü və zühuru barədə çoxlu kitablar yazmışlar.1
Onlar Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql etmişlər: “Əgər dünyanın axırına bir gün qalmış olsa belə, Mütəal Allah o günü o qədər uzadacaqdır ki, mənim Əhli-beytimdən (ə) və mənimlə eyni adda olan bir şəxs hökumətə çatsın (və yer üzünü, zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldursun).”2
Sünni alimləri Ümmü Sələmədən nəql edirlər ki, Peyğəmbər (s) buyurmuşdur: “Məhdi mənim itrətimdən və Fatimənin övladlarındandır.”3
Sünni mühəddisləri İbni Abbasdan nəql etmişlər ki, Peyğəmbər (s) belə buyurub: “Həqiqətən, Əli məndən sonra ümmətin imamıdır, intizarı çəkilən Qaim onun övladlarındandır. O zühur edərkən, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq və ədalətlə dolduracaqdır.”4
Dostları ilə paylaş: |