SUALLAR
1.İlahi hikmət və onun ən gözəl nizam və quruluşla olan əlaqəsini bəyan edin.
2.İlahi hikmətə əsaslanan dəlilin iki variantını bəyan edin.
3.Bu dəlildən məadın özünün isbat olunmasından əlavə daha hansı məsələlər hasil olur?
4.Bu dünyada insanın yaradılışındakı əsas hədəfi bəyan edin.
5.İlahi ədalətə əsaslanan dəlili müfəssəl şəkildə bəyan edin.
6.Bu dəlildən hansı xüsusi incə mətləblər əldə olunur?
QIRX BEŞİNCİ DƏRS QURANDA MƏAD
–Müqəddimə
–Məadın inkar olunması əsassızdır
–Məada oxşar hadisələr:
–a) Bitkilərin cücərməsi
–b) Əshabi-Kəhfin yuxusu
–v) Heyvanların dirilməsi
–q) Bəzi insanların dirilməsi
MÜQƏDDİMƏ
Qurani-kərimdə məadın isbat olunması və onu inkar edənlərlə mübahisədən bəhs edən ayələri beş qismə bölmək olar:
1-Onlardan bir qismi təkid edir ki, məadın inkar olunmasına heç bir dəlil olmadığını bildirir. Bu ayələr inkarçıları sanki tərkisilah edir.
2-Bəzi ayələr məada oxşar hadisələri qeyd etməklə onun çox da qəribə bir iş olmadığını başa salır.
3-Bəzi ayələr də məadı inkar edənlərin şübhələrini rədd edərək onun baş verməsinin mümkünlüyünü sübuta yetirir.
4-Bəzi ayələr isə məadı Allahın mütləq baş verəcək, labüd vədəsi kimi təqdim edir və həqiqətdə məadın baş verməsini Müxbiri-sadiqin (doğruçu xəbər verənin) vasitəsilə isbat edir.
5-Bəzi ayələr isə məadın zərurətinin əqli dəlillərini göstərir.
Həqiqətdə əvvəldəki üç dəstə məadın mümkünlüyünü, sonuncu iki dəstə isə qəti surətdə verəcəyini çatdırır.
Dostları ilə paylaş: |