BEŞİNCİ DƏRS ALLAHI TANIMAQ
–Müqəddimə
–Hüzuri və hüsuli mərifət
–Fitri mərifət
MÜQƏDDİMƏ
Qeyd olundu ki, dinin əsasını dünyanı yaradan Allahın varlığına etiqad təşkil edir, ilahi dünyagörüşlə maddi dünyagörüş arasında əsas fərq də məhz həmin etiqadın olması və ya olmamasıdır. Buna əsasən həqiqət axtaran şəxs üçün irəli çıxan və hər şeydən əvvəl düzgün cavab verilməsi lazım olan ilk məsələ “Allah vardır, ya yox?” sualıdır. Bu sualın cavabını tapmaq üçün, əvvəlki dərsdə bəyan olunduğu kimi, əql qüvvəsini işə salmaq lazımdır ki, qəti bir nəticə hasil olsun – istər mənfi nəticə olsun, istərsə də müsbət.
Nəticənin müsbət olduğu təqdirdə onun fəri məsələlərini (Allahın sifətləri, vəhdət, ədalət və s.) araşdırmağın növbəsi gəlib çatır. Nəticənin mənfi olduğu fərz olunduqda maddi dünyagörüş sübuta yetir və artıq dinlə əlaqədar başqa məsələlərin araşdırılmasına ehtiyac qalmır.
Dostları ilə paylaş: |