SUALLAR
1.Məhv olub aradan gedən bir şeyin yenidən qaytarılmasının qeyri-mümkün olması şübhəsini cavabı ilə birlikdə yazın.
2.Bədənin yeni həyatı qəbul etməməsi şübhəsini şərh edin.
3.Allahın qüdrəti barəsindəki şübhəni cavabla birlikdə yazın.
4.Allahın elmi barəsindəki şübhəni onun cavabları ilə birlikdə yazın.
QIRX YEDDİNCİ DƏRS QİYAMƏT BARƏSİNDƏ ALLAHIN VƏDƏSİ
–Müqəddimə
–Allahın labüd və qaçılmaz vədəsi
–Əqli dəlillərə işarə
MÜQƏDDİMƏ
Qurani-kərim bir tərəfdən Mütəal Allah tərəfindən bəndələrə xəbər verdiyi məadın gerçəkləşəcəyini təkid edib onu Allahın labüd və heç bir xilafla uyğun olmayan vədəsi hesab edir. Beləliklə də, bütün insanlara höccəti tamamlayır. Digər tərəfdən isə məadın zərurətinə əqli dəlillərlə işarə edir ki, insanın əqli mərifətə olan rəğbəti təmin olunsun və höccəti bir neçə qat artırsın. Buna görə də Quranın məadın isbat olunması barəsindəki bəyanlarını iki qismə ayırır və hər biri ilə əlaqədar ayələri qeyd edirik.
Dostları ilə paylaş: |