Ајәтуллаһ Мисбаһ Јәзди


ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ



Yüklə 2,8 Mb.
səhifə220/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   216   217   218   219   220   221   222   223   ...   289

ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ


Qurani-kərim axirətdə Qiyamətin bərqərar olunması və bütün insanların dirildiməsini heç bir şəkk-şübhə olmayan məsələlərdən biri kimi qeyd edərək buyurur:

«Həqiqətən, Qiyamət saatı gələcəkdir və onda heç bir şəkk-şübhə yoxdur.»1

Quran bu məsələni həqiqi və heç bir şübhə edilməyəcək məsələlər sırasında qeyd edərək buyurur:



«Əlbəttə! Bu, Allahın haqq olan vədəsidir.»2

Onun gerçəkləşəcəyinə dair dəfələrlə and içmişdir. O cümlədən buyurur:



«De: Əlbəttə! And olsun Rəbbimə! Siz hökmən diriləcəksiniz və gördüyünüz əməllərdən agah olunacaqsınız. Bu, Allaha üçün çox asandır.»3

Camaata bu barədə xəbərdarlıq verilməsi peyğəmbərlərin vəzifələrindən ən mühümü kimi qeyd olunur və buyurulur:



«Ruhu Öz əmri ilə bəndələrindən istədiyi kəsə ilqa edir ki, (bəndələri) Təlaq (Qiyamət) günündən qorxutsun.”

Onu inkar edənlər üçün isə əbədi bədbəxtçilik və Cəhənnəm əzabını müqərrər edərək buyurur:



«Biz də o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş hazırladıq.»4

Deməli, bu səmavi kitabın–Quranın haqq olmasını dərk edən bir şəxsin məadı inkar etmək və ya onun barəsində şəkk-şübhə yaratmaq üçün heç bir bəhanəsi olmayacaqdır. Əvvəlki bölmədə aydın olduğu kimi, həqiqət axtaran hər insan üçün əgər insafla araşdırma apararsa, Quranın haqq olması məlum olacaqdır. Buna görə də heç kəs onu qəbul etməmək barəsində bəhanə gətirə bilməz. Yalnız əqli cəhətdən naqis (anormal) olan, yaxud müəyyən səbəblərə görə haqqı qəbul edə bilməyən şəxslər istisna olunur.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin