İzah:
Dünya həyatı elə qurulmuşdur ki, burada insan bir-birinə zidd olan, bir-birinin əksinə olan meyl və rəğbətlərə malikdir. Həmişə iki yol ayrıcında olur və onlardan birini seçməyə məcburdur. Bu məsələ də, onun ömrünün axır anlarına qədər davam etdiyi üçün ilahi təklifdən ötrü şərait yaradır. Allahın hikmət və ədaləti də bunu tələb edir ki, ilahi təklifə əməl edənləri layiqli mükafata çatdırsın, imtina edənləri isə layiqli şəkildə cəzalandırsın. Həmin təklifdən ötrü zəmin və yolun seçilməsi üçün şərait axirət aləmində də mövcud olarsa, Allahın rəhməti təklifin yerinə yetirilməsinə və yolun seçilməsinə mane olmamağı tələb edir. Beləliklə, orada görülən əməllərin əvəzi üçün də digər bir aləm lazım olur. Həqiqətdə axirət kimi fərz etdiyimiz aləm hazırda yaşadığımız kimi digər bir dünya hesab olunacaqdır. Lakin həqiqi axirət heç vaxt təklif, imtahan və bunlar üçün zəminənin mövcud olduğu yer olmayan yekun bir axirət aləm olacaqdır.
Məhz buradan da dünya və axirət aləmləri arasındakı ən mühüm fərq aydın olur. Yəni dünya aləmi elə bir aləmdir ki, onda seçim və sınaqlardan ötrü zəmin vardır. Axirət aləmi isə yalnız yaxşı və pis əməllərin əbədi nəticələrinin, cəza və mükafatlarının həyata keçdiyi yerdir:
«Bu gün hesabsız əməl günüdür. Sabah isə əməlsiz hesab günüdür.»1
Dostları ilə paylaş: |