CANIN ASAN VƏ YA ÇƏTİN ALINMASI
Qurani-kərimdən məlum olur ki, Allah tərəfindən təyin olunan məmurlar insanların hamısının canını eyni səviyyədə almırlar. Onlardan bəzilərinin ruhunu rahatlıqla və ehtiramla, başqalarınınkını isə çox kobud surətdə və təhqirlə alırlar. Quranda möminlər barəsində buyurulur:
«O kəslər ki, mələklər onların canlarını çox rahatlıqla alıb onlara salam verir (və ehtiram göstərirlər).»4
Kafirlərin barəsində isə belə buyurulur:
«O zaman ki, mələklər kafirlərin ruhunu alarlar, onların üzlərinə və kürəklərinə vurarlar.»5
Hətta demək olar ki, həm möminlərin öz aralarında iman dərəcəsinə görə, həm də kafirlərin öz aralarında küfr dərəcələrinə görə canın asan və ya çətin verilməsində müəyyən fərqlər də vardır.
Dostları ilə paylaş: |