ÖLÜM HALINDA TÖVBƏ VƏ İMANIN QƏBUL OLUNMAMASI
Günahkarlar və kafirlər əcəllərinin gəlib çatdığını gördükdə, artıq dünya həyatından ümidsiz olduqda öz keçmiş yaramaz əməllərindən tövbə etmək qərarına gəlirlər. Lakin belə tövbə heç vaxt onlardan qəbul olunmur. Qurani-kərim bu barədə buyurur:
«Pərvərdigarının ayələrindən bəziləri onlara gəldiyi zaman əvvəllər iman gətirməyən, yaxud, iman halında yaxşı iş görməyən şəxslərin imanı onlar üçün faydalı olmaz.»1
«Pis işlər görənlərin və hər hansı birinin (yalnız) ölüm vaxtı çatan zaman “indi tövbə etdim” deməsi ilə tövbəsi qəbul olunmaz.»2
Firon haqqında nəql olunur ki, qərq olma anında belə dedi:
«Bəni-İsrailin iman gətirdiyi Allahdan başqa heç bir məbudun olmadığına iman gətirdim və mən müsəlmanlardanam!»3
Onun cavabında isə belə buyurulur:
«Əvvəllər itaətsizlik edib fəsad törətdiyin halda indimi (tövbə edib iman gətirirsən)?!»4
Dostları ilə paylaş: |