SULLAR
1.Quranın insanın dünyada əbədi olmaması barədə olan ayəsini izah edin.
2.İnsanın canını kim alır? Bununla əlaqədar ayələr arasındakı ziddiyyət necə aradan qaldırılır?
3.Canların alınmasında nə kimi fərqlər vardır?
4.Quranın ölüm halında tövbə etmək və iman gətirməklə əlaqədar olan ayələri izah edin.
5.Qurani-kərim dünyaya hansı növ qayıdışı inkar edir? Bu qayıdışın rəcətə etiqadla ziddiyyəti varmı? Nə üçün?
6.Bərzəx aləmi barəsində məlumat verin.
ƏLLİNCİ DƏRS QURANDA QİYAMƏTİN TƏSVİRİ
–Müqəddimə
–Yerin, dəryaların və dağların vəziyyəti
–Asimanların və ulduzların vəziyyəti
–Ölüm suru
–Həyat suru (şeypuru) və qiyamətin başlanması
–Mütləq ilahi hökmranlığın zühuru
–İlahi ədalət məhkəməsi
–Əbədi iqamətgaha doğru
–Behişt
–Cəhənnəm
MÜQƏDDİMƏ
Quran ayələrindən məlum olur ki, axirət aləminin bərqərar olunması təkcə insanların dirilməsi ilə bitmir. Əsas etibarı ilə bu dünyaya hakim olan quruluş və nizam da tamamilə dəyişiləcək, digər bir aləm tamam başqa xüsusiyyətlərlə bərqərar olunacaqdır. Elə bir aləm olacaqdır ki, biz öncədən bu barədə xəbər verə bilmərik və təbiidir ki, onun xüsusiyyətləri barəsində dəqiq təsəvvürümüz də yoxdur. O zaman xilqətin əvvəlindən axırına qədər olan bütün insanlar birlikdə diriləcək və əməllərinin nəticələrini görəcək, əbədi behişt nemətlərində, yaxud cəhənnəm əzabında olacaqlar.
Bu bəhslə əlaqədar olan ayələr olduqca çoxdur və onların hamısının araşdırılması kitabın həcminə uyğun deyil. Yalnız onların məzmununu qeyd etməklə kifayətlənirik.
Dostları ilə paylaş: |