Belə bir vəziyyətdə ölüm suru çalınar və bütün canlı varlıqlar ölər.9 Təbiət aləmində həyatdan heç bir əsər-əlamət qalmaz. Vəhşət hissi və iztirab bütün canları bürüyər.10 Yalnız varlığın sirlərindən və həqiqətlərindən agah olan, qəlbləri ilahi mərifət və məhəbbətlə dolan şəxslər iztirab hissi keçirməzlər.