İLAHİ ƏDALƏT MƏHKƏMƏSİ
Bu zaman ilahi ədalət məhkəməsi təşkil olunar və bütün bəndələrin əməlləri hazır edilər.11 Nameyi-əməllər (əməl dəftərləri) paylanar.12 Qiyamət gününün xüsusiyyətlərindən biri də budur ki, hər bir işi həmin işi görənə aid edilməsi o qədər açıq-aşkar məlum olur ki, artıq bir kəsdən “nə etmisən?” - deyə soruşmağa heç bir ehtiyac qalmır.1
Bu məhkəmədə Allahın mələkləri, peyğəmbərlər və seçilmiş insanlar şahidlik edərlər.2 Hətta, insanın əli, ayaqları və dərisi belə şəhadət verər.3 Bütün insanların əməllərinin hesabı diqqətlə araşdırılar və ilahi mizanla ölçülər.4 Onların barəsində ədalətli hökm çıxarılar5 və hər kəs özünün dünyadakı fəaliyyət və əməllərinin nəticəsini görər.6 Yaxşı əməl sahiblərinə əməllərinin on qat arıq mükafatı verilər7 və heç kəs başqasının günahlarına görə cəzalandırılmaz.8 Başqalarını haqq yoldan azdıran şəxslərə gəldikdə isə, onları öz günahlarından əlavə, aldadıb azdırdıqları şəxslərin də günahlarına görə də məhkum edərlər.9 Heç kəsdən fidyə (əvəz) qəbul olunmaz.10 Heç bir şəxsin şəfaət və vasitəçiliyi qəbul edilməz.11 Yalnız o şəxslərin şəfaəti qəbul olunar ki, Mütəal Allah tərəfindən onlara icazə verilmiş olsun və onlar da məhz Allahın razı olduğu meyarlar əsasında şəfaət edərlər.12
Dostları ilə paylaş: |