Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə239/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   235   236   237   238   239   240   241   242   ...   289

CƏHƏNNƏM


Cəhənnəm qəlblərində heç bir iman nuru olmayan kafirlər və münafiqlərin əbədi yeridir.2v Onun həcmi o qədər böyükdür ki, bütün günah əhlinin qəbul etdikdən sonra yenidən “yenə varmı?» deyər.3 O, başdan-başa oddur, od üstündən od, əzab üstündən əzab!!!

Atəş şölələri hər tərəfdən zəbanə çəkir, qəzəbli, ürək yandıran uğultusu onların vəhşət və iztirablarını daha da artırır.4 Onların zahiri görkəmləri pis, qara, çirkablıdır.5 Hətta, cəhənnəm əhli üçün təyin olunmuş məmur mələklərinin üzlərində belə mehr-məhəbbət, nəvaziş və mülayimlikdən heç bir əsər-əlamət yoxdur.6

Cəhənnəm əhli dəmirdən olan zəncirlərə bağlanmışlar,7 Allahın qəzəb odu onları hər tərəfdən əhatə edir.8 Onların özləri cəhənnəmin yanacaqlarıdır.9 Cəhənnəmin fəzasında cəhənnəm əhlinin fəryadından, naləsindən və qışqırığından başqa heç bir səs eşidilmir.10 Günah əhlinin üzərinə dağ su tökərlər ki, onların daxillərini də əridib suya döndərər.11 Hər zaman susuzluğun və iltihabın şiddətindən su istəsələr onlara çirkablı, qaynar və üfunətli su verilər. Onu da hərisliklə və acgözlüklə içərlər.12 Onların yeməkləri özü atəşdən göyərən zəqqum ağacıdır. Ondan yedikləri vaxt daxildəki yanğıları daha da artar.1 Onların paltarları yapışqanlı və qara maddədəndir ki, bu da onların əzablarını daha da artırır.2 Onlar günahkar cinlər və şeytanlarla bir yerdə olarlar. Lakin, onlardan uzaq olmağı arzu edər3 və bir-birinə lənət yağdırarlar.4

Allahın dərgahında öz günahları müqabilində üzrxahlıq etmək istədikləri zaman “rədd olun!”, “susun!”, “mumlayın!” kimi fərmanlar verilər.5 Daha sonra cəhənnəm keşikçilərinə pənah aparıb deyərlər ki, Allahdan bizim əzabımızı bir az azaltmasını istəyin. Onlar belə cavab eşidərlər: “Məgər Mütəal Allah sizə Öz peyğəmbərlərini açıq-aşkar möcüzələrlə göndərməmişdimi?”6

Yenidən ölüm arzusu edərlər, amma cavabında onlara, siz həmişəlik olaraq cəhənnəmdə qalacaqsınız”–deyilər.7 Ölüm hər tərəfdən onlara tərəf şığıdığına baxmayaraq heç vaxt ölməzlər.8 Onların bədənlərinin dəriləri nə qədər yansa da, əzabı yaxşı dadsınlar deyə, yenidən ona təzə dəri verilər və əzabları davam etdirilər.9

Onlar behişt əhlindən bir az su və yemək istəyər, amma cavabda: “Mütəal Allah behişt nemətlərini sizə haram etmişdir” – cavabını eşidərlər.10 Behişt əhli onlardan soruşar: “Hansı şey sizin bədbəxtliyinizə səbəb olub sizi cəhənnəmə çəkdi?” Deyərlər: “Biz namaz qılıb Allaha ibadət edənlərdən deyildik. Kasıblara da kömək etməzdik. Günahkarlarla oturub-duran və qiyamət gününü təkzib edərdik.”11

Daha sonra bir-biri ilə çarpışmağa, didişməyə başlayarlar.12 Aldanılanlar onları yoldan çıxaranlara deyərlər: “Bizi yoldan azdıran siz oldunuz!” Onlar cavabda deyərlər: “Siz öz istəyiniz ilə bizə tabe oldunuz!”13

Bu dünyada başqalarının əlinin altında olub yolunu azanlar orada öz rəislərinə deyərlər: “Bizi bu bədbəxtliyə çəkənlər siz olmusunuz!” Onlar da: “Sizi zorla haqq yoldan saxladıqmı?!” – deyərlər.14

Nəhayət, şeytana deyərlər: “Bizim yoldan azmağımıza sən bais olmusan!” O isə cavab verib deyər: “Allah sizə doğru vədə verdi, qəbul etmədiniz. Mən isə yalan vədələr verdim, qəbul etdiniz. Belə isə, məni danlamaq yerinə özünüzü məzəmmət edin. Bu gün bizim heç birimiz digərimizin fəryadına çata bilmərik.”1 Beləliklə, öz itaətsizlik və küfrlərinin cəzasını çəkməkdən başqa heç bir çıxış yolu görməz və əbədi olaraq ilahi əzab içində qalarlar.2


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin