MÜQƏDDİMƏ
Əql və nəql yolu ilə axirət aləmi barəsində əldə olunan məlumatlara əsasən dünya və axirəti müxtəlif cəhətlərdən müqayisə edə bilərik. Xoşbəxtlikdən bu müqayisələr Qurani-kərimin özündə də vardır. Biz Quran ayələrindən istifadə edərək dünya və axirət həyatlarını düzgün şəkildə qiymətləndirib axirət aləminin üstün olmasını bəyan edə bilərik.
DÜNYANIN FANİ, AXİRƏTİN İSƏ ƏBƏDİ OLMASI
Dünya ilə axirət aləmi arasında olan fərqin ən bariz nümunəsi insan ömrünün dünyada məhdud, axirətdə isə əbədi olmasıdır. Bu dünyada hər insanın ömrü üçün gec-tez gəlib çıxacaq əcəl vardır. Hətta bir şəxs bu dünyada, yaxud min il yaşasa, nəhayət, təbiət aləminin son dəyişiklikləri və birinci surun üfürülməsi zamanı ömrü sona çatacaqdır.
Digər tərəfdən isə Quranın təqribən səksən ayəsi axirət aləminin əbədi olmasını göstərir.1 Aydındır ki, tükənən, sona yetən bir şey nə qədər uzun ömürlü olsa belə, onun sonsuz şeylə heç bir uyğunluğu olmayacaqdır.
Deməli, axirət aləmi davamlı və qalarlı olmaq baxımından dünyaya nisbətən çox böyük üstünlüyə malikdir və bu mətləb də çoxlu ayələrdə “əbqa» təbiri ilə gətirilir.2 Axirətin qalarlı, dünyanın isə fani olmasını xatırladır.3 Başqa ayələrdə dünya həyatı bir neçə günlük cücərib yaşıllaşan, sonra isə saralıb məhv olan və nəhayət quruyan bir bitkiyə oxşadılır.4 “Nəhl” surəsinin 96-cı ayəsində isə ümumi bir qanun olaraq buyurulur:
«Allah yanında olan şeylər əbədidir.»
Dostları ilə paylaş: |