Ајәтуллаһ Мисбаһ Јәзди


AXİRƏTİN HƏQİQİ HƏYAT OLMASI



Yüklə 2,8 Mb.
səhifə243/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   239   240   241   242   243   244   245   246   ...   289

AXİRƏTİN HƏQİQİ HƏYAT OLMASI


Dünya ilə axirət arasında olan fərqin ən mühümü bundan ibarətdir ki, dünya həyatı axirət üçün bir müqəddimə, əbədi səadət və xoşbəxtlik kəsb etmək üçün bir vasitədir. Axirət həyatı son və həqiqi həyatdır. Dünya həyatı və onun maddi və mənəvi nemətləri insan tərəfindən istənildiyinə baxmayaraq onların hamısı əbədi səadətin əldə olunması və həqiqi təkamülə çatmaq üçün bir vasitə və imtahandır. Buna görə də həqiqi mahiyyətə malik olmayacaqdır. Onların həqiqəti bir növ, şəxsin əbədi həyatı üçün tədarük görəcəyi yol ehtiyatıdır.3

Buna görə də əgər bir şəxs axirət həyatını unudaraq özünü dünyanın müvəqqəti bər-bəzəklərinə məftun edərsə və onun ötəri ləzzətlərini özünə hədəf seçərsə, onda onun həqiqi dəyərini tanımamış və ona xəyali bir dəyər vermiş olur. Çünki o, hədəf əvəzinə vasitəni götürmüş olur. Bu da oyun-oyuncaqdan, baş qatmaqdan, aldanmaqdan başqa bir şey olmayacaqdır. Məhz buna görə də Qurani-kərim dünya həyatını oyun-oyuncaq və aldadıcı vasitələr adlandırmış,4 axirət həyatını isə həqiqi həyat hesab etmişdir.5 Amma diqqət yetirmək lazımdır ki, dünya barəsində bu qədər məzəmmət ona məftun olan insanların tutduğu istiqamət və onun barəsində olan nəzərləri ilə əlaqədardır. Halbuki, onun həqiqət və mahiyyətini tanıyıb ona sadəcə bir vasitə kimi baxan və ömürlərinin hər anından əbədi səadət üçün bəhrələnən layiqli bəndələr üçün dünya həyatı məzəmmətə yox, əksinə, son dərəcə yüksək dəyərə malikdir.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin