DÜNYA HƏYATINI (ƏSAS MƏQSƏD KİMİ) SEÇMƏYİN NƏTİCƏSİ
Axirət aləminin məziyyətləri, behişt nemətləri və Allah dərgahına yaxın olub Onun razılığını qazanmağın dünya həyatına nisbətən təşkil etdiyi üstünlüyə diqqət yetirməklə aydın olur ki, axirət əvəzinə dünya həyatını seçmək əqlə uyğun deyil1 və bu işin ziyan və peşmançılıqdan başqa heç bir nəticəsi olmayacaqdır. Lakin belə bir seçkinin düzgün olmadığı o zaman daha aşkar surətdə məlum olacaqdır ki, dünyanı seçib onun ötəri ləzzətlərinə məftun olmağın nəinki insanın əbədi səadətdən məhrum olmasına, üstəlik əbədi bədbəxtliyə də səbəb olan ən mühüm amil sayılması məlum olsun.