Burada qeyd olunmalı mühüm məsələ bundan ibarətdir ki, axirətdəki əbədi bədbəxtlik və ya səadət insanın bu dünyadakı əməl və rəftarlarından asılıdır. Elə də deyildir ki, insan axirət nemətlərini ələ gətirmək üçün elə axirət aləmində səy göstərməklə bilsin, daha güclü fikri və fiziki qüvvəyə malik olanlar daha artıq nemətlərdən bəhrələnsinlər və yaxud hiylə və fırıldaq yolu ilə başqalarının əməyini mənimsəsinlər. Belə ki, bəzi nadanlar belə təsəvvür edərək axirət aləmini dünyadan tamamilə ayrı bilmişlər.