Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə252/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   248   249   250   251   252   253   254   255   ...   289

SUALLAR


1.Dünya ilə axirət arasındakı əlaqənin inkar olunması nəyi gərəkli edir?

2.Dünyanın axirət üçün əkin sahəsi olmasının mənasını izah edin.

3.Dünya nemətləri ilə axirət nemətləri arasında hansı nisbət vardır?

4.Düna nemətləri ilə axirət əzabları arasında hansı nisbət vardır?

5.Dünyanın hansı işləri ilə axirətin səadət və ya bədbəxtliyi arasında həqiqi rabitə vardır?

ƏLLİ ÜÇÜNCÜ DƏRS

DÜNYA İLƏ AXİRƏT ARASINDA OLAN ƏLAQƏ

Müqəddimə

Həqiqi, yoxsa etibari və şərti rabitə?

Bu məsələ ilə əlaqədar Quran ayələri


MÜQƏDDİMƏ


Bildik ki, həm iman və saleh əməl ilə Allah dərgahına yaxınlıq və axirət nemətləri arasında, həm də küfr və günah ilə Allahdan uzaq olub əbədi nemətlərdən məhrum olmaq arasında birbaşa əlaqə və tənasüb vardır. Bunun müqabilində də iman və əməlisalehlə axirət əzabı arasında, eləcə də küfr və günah ilə əbədi nemətlər arasında əks nisbət mövcuddur. Qurani-kərimə əsasən bu tənasüb və nisbətin əsli barəsində heç bir şübhə yoxdur və onların inkar olunması Quranın inkar olunması deməkdir.

Amma bu zəruri məsələ barədə müəyyən qədər izaha ehtiyac duyulan bəzi suallar irəli gəlir. Məsələn, “Qeyd olunan əlaqə həqiqi və təkvini əlaqədir, yoxsa, sadəcə olaraq şərtidir?” “İmanla əməli-saleh və eləcə də küfr ilə günah arasında hansı əlaqə vardır?”, “Görəsən yaxşı və pis əməllərin arasında da təsirqoyma və təsirlənmə vardır, ya yox?”

Bu dərsdə birinci məsələni araşdırıb yuxarıda qeyd olunan əlaqənin şərti olmadığını izah edəcəyik.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin