«Özünüz üçün əvvəlcədən göndərdiyiniz hər şeyi Allah yanında tapacaqsınız.»2
«O gün hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi öz əzabından çəkindirir, çünki Allah (Öz bəndələrinə) mərhəmətlidir.»3
«O gündə insan öz əlləri ilə göndərdiyi şeylərə baxacaqdır.»4
«Hər kəs zərrə qədər yaxşılıq etsə, onu görəcək və hər kəs zərrə qədər pislik etsə, onu da görəcəkdir.»5
«Görəsən, sizə verilən cəza (əvəz) dünyada etdiyiniz əməllərdən başqa bir şeydən ibarətdirmi?!»6
«Həqiqətən, yetimlərin mal-dövlətlərini zülmlə mənimsəyənlər öz qarınlarına od daxil edirlər.»7
Aydındır ki, insanın qiyamətdə özünün bu dünyadakı əməllərinin sadəcə olaraq nəticəsini “görməsi” onun cəza və ya mükafatı olmayacaq, əksinə, nemət və ya müxtəlif əzablar formasında görünən şey məhz əməllərin mələkuti surətləridir ki, zahir olacaq və şəxs onların vasitəsilə nemətə, yaxud əzaba düçar olacaqdır. Sonuncu ayədən məlum olduğu kimi, yetim malını mənimsəməyin batini surəti cəhənnəm odu yeməkdir. Axirət aləmində həqiqətlər zahir olarkən şəxs filan haram yeməyin batini aləmi atəş olduğunu görəcək. Bunun nəticəsində daxilindəki yanğını hiss edəcək və ona deyiləcəkdir: «Bu cəhənnəm odu yediyin haram maldan başqa bir şeydirmi?!»
Dostları ilə paylaş: |