«Mən sizin üçün, özümdən başqa bir məbud tanımıram.»3
Amma qərqolma ərəfəsində belə deyir:
«Mən Bəni-İsrailin iman gətirdiyi məbudun olmasına iman gətirdim.»4
Əvvəldə də qeyd olundu ki, məcburiyyət əsasında olan iman həqiqi iman səviyyəsində çatmır və heç vaxt ilahi dərgahda qəbul olunmur. Deməli, imanın həqiqəti qəlbən yönəlmə və ixtiyar üzündən olmaqdan ibarətdir. Amma elm və agahlıqda isə belə deyil. Çünki o ixtiyarsız olaraq da hasil ola bilir. Deməli, imanı ixtiyari və qəlbi bir əməl hesab etmək, yəni əməlin məfhumunu genişləndirməklə imanı da əməl saymaq olar.
Amma küfr kəlməsi bəzən “imanın olmaması” mənasına işlədilir. İmana malik olmamaq (istər bəsit şəkk və cəhalət üzündən olsun, istər mürəkkəb cəhalət üzündən, istərsə də müxalif meyllər, qəsdən olan inkar və ya inadkarlıq üzündən olsun) küfr adlandırılır. Bəzən sonuncu qismə, yəni, inad və inkara aid edilir ki, bu da imanın ziddi hesab olunur.
Dostları ilə paylaş: |