Ајәтуллаһ Мисбаһ Јәзди


SADƏ YOLUN XÜSUSİYYƏTLƏRİ



Yüklə 2,8 Mb.
səhifə27/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   23   24   25   26   27   28   29   30   ...   289

SADƏ YOLUN XÜSUSİYYƏTLƏRİ


Allahı tanımağın sadə yolunun müəyyən imtiyaz (üstünlük) və xüsusiyyətləri vardır ki, onların ən mühümü aşağıdakılardır:

1.Bu yolun mürəkkəb və mütəxəssis səviyyəsində olan müqəddimələrə ehtiyacı yoxdur və bu barədə mümkün olan ən sadə bəyanı irəli çəkmək olar. Buna görə də məlumat səthinin hansı səviyyədə olmasından asılı olmayaraq bütün insanlar üçün dərk olunası bir tərzdədir.

2.Bu yol insanları birbaşa elmli, qüdrətli və yaradan Allaha doğru hidayət edir, amma bir çox fəlsəfi və kəlami bürhanlar bunların əksinədir. Belə ki, onlarda ilk növbədə Vacibül-vücud ünvanlı bir varlıq isbat edilir, onun qüdrət, hikmət, elm, xaliqiyyət, rübubiyyət və s. kimi digər sifətləri də başqa dəlillərlə isbat olunmalıdır.

3.Bu yol hər şeydən artıq fitrəti qəflətdən oyatmaq, fitri mərifəti agahlığa çatdırmaq rolunu ifa edir, ona diqqət yetirmək nəticəsində insanda irfani bir halət yaranır ki, sanki varlıqların yaradılıb idarə olunmasında Allahın qüdrətini - onun fitrətinə ilk əvvəldən tanış olan qüdrəti müşahidə edir.

Dini rəhbərlər və asimani dinlərin başçıları da bu yolu məhz adi kütlə üçün seçmiş, hamını bu yoldan istifadə etməyə dəvət etmişlər. Başqa üslubları isə ya xüsusi şəxslərə öyrətmiş, yaxud da maddi fəlsəfəçilər və dinsiz alimlərlə elmi mübahisə aparan zaman bundan istifadə etmişlər.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin