YAXŞI VƏ PİS ƏMƏLİN BİR-BİRİ İLƏ ƏLAQƏSİ
İmanla küfr arasında olan əlaqəni insanın yaxşı əməlləri ilə pis əməlləri arasında da müəyyən qədər görmək olar. Amma bu, ümumi və həmişəlik bir qanun da deyildir; belə də deyildir ki, insanın bütün nameyi-əməlində layiqli əməllər qeyd olunsun və (elə bu zaman) yaramaz əməllərini aradan aparsın (mötəzilə mütəkəllimləri buna inanır), yaxud onların kəmiyyət və keyfiyyətinə diqqət yetirməklə həmişə keçmiş əməllərin məcburi olaraq toplanmasından alınan cəm inikas tapmış olsun (bəziləri də belə güman etmişlər). Belə əməllər barədə təfsil vermək lazımdır, yəni yaxşı əməllərdən bəziləri əgər layiqincə, məqbul şəkildə yerinə yetirilsə, keçmişdəki əməllərin təsirini aradan aparır, məsələn, tövbəni qeyd etmək olar. Belə ki, əgər layiqincə yerinə yetirilərsə, şəxsin günahları bağışlanır.1
Bu, birbaşa həmin qaranlıq nöqtəyə saçan və onu işıqlandıran bir nura bənzəyir. Amma hər yaxşı əməl də hər günahın əsərini aradan aparmır. Buna görə də mümkündür ki, mömin olan şəxs müəyyən müddət günahlarının cəzasını çəkdikdən sonra əbədi behiştə gəlsin. İnsanın ruhu sanki müxtəlif yönlərdən təşkil olunmuşdur. Onun pis və yaxşı əməllərinin hər dəstəsi onun bir yönünə aiddir. Məsələn “a” bəndinə aid olan yaxşı əməllər “b” bəndinə aid olan günahların əsərlərini aradan aparmır. Yalnız o zaman aradan aparar ki, saleh əməl o qədər nurani olsun ki, ruhun digər yönlərinə də işıq saçsın. Yaxud günah o qədər çirkin olsun ki, ruhun digər yönlərini də aludə etsin. Şərif rəvayətlərdə qeyd olunur ki, qəbul olunan namaz günahları yuyub aradan apararaq onların bağışlanmasına səbəb olur. Qurani-kərim buyurur:
Dostları ilə paylaş: |