«Allahın izni olmadan Onun dərgahında şəfaət fayda verməz.»
Bu ayələrdə ümumi şəkildə Allahın izninin şərt olması məlum olur. Lakin icazə verilən şəxslərin xüsusiyyətləri məlum olmur. Amma digər ayələrdən istifadə etməklə iki tərəf üçün daha aydın şərtlər nəzərə çatdırmaq olar. “Zuxruf” surəsinin 86-cı ayəsi:
«Allahdan başqa çağırılanlar (bütlər) şəfaət sahibi deyillər (və heç bir şəxs şəfaətə malik deyil). Yalnız haqqa şəhadət verib elm sahibi olanlar (şəfaətə sahib) ola bilər.»
Bəlkə də «mən şəhidə bil-həqqi» dedikdə məqsəd əməllərə şahid olanlardır ki, onlar Allahın təlimi ilə bəndələrin niyyət və əməllərindən agah olur və onların rəftarlarının dəyər və keyfiyyətinə şəhadət verirlər. Bu hökmə əsasən anlaşılır ki, şəfaət edənlər də elə əməl sahibləri olmalıdır ki, şəxslərin şəfaət olunması üçün səlahiyyətli olub-olmamalarını ayırd edə bilsinlər. Şübhəsiz, bu iki şərtə malik olan şəxslər Məsumlardan (ə) ibarətdir.
Digər tərəfdən, ayələrdən məlum olur ki, şəfaət olunanlar da Allahın razı olduğu şəxslər olmalıdır. “Ənbiya” surəsinin 28-ci ayəsində buyurulur:
Dostları ilə paylaş: |