Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə37/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   33   34   35   36   37   38   39   40   ...   289

SƏKKİZİNCİ DƏRS

ALLAHIN SİFƏTLƏRİ

Müqəddimə

Allahın əzəli və əbədi olması

Səlbiyyə sifətləri

Varlıq bağışlayan səbəb

Varlıq bağışlayan səbəbin xüsusiyyətləri


MÜQƏDDİMƏ


Əvvəlki dərslərdə qeyd olundu ki, fəlsəfi bürhanlardan çoxunun məfhumu Vacibul-vücud ünvanlı bir varlığı isbat etməkdir və başqa bürhanların əlavə edilməsi ilə onun səlbiyyə və sübutiyyə sifətləri sübuta yetir. Onların məcmusundan Mütəal Allah Onu məxluqlardan seçən özünəməxsus sifətləri ilə məlum olur. Amma sırf şəkildə Vacibul-vücud olması Onu tanımaq üçün kifayət deyildir. Çünki bir şəxs, məsələn materiyanın (maddə və enerjinin) də Vacibul-vücudun nümunəsi olmasını güman edə bilər. Buna görə də bir tərəfdən Allahın səlbiyyə sifətləri sübut olunmalıdır ki, Vacibul-vücudun məxluqata məxsus olan sifətlərdən uzaq olması və onun məxluqlarından heç birinə tətbiq edilməməsi məlum olsun. Digər tərəfdən Allahın sübuti sifətləri isbat olunmalıdır ki, həm Onun pərəstişə layiq olması aydınlaşsın, həm də nübüvvət, məad və onların təfərrüatı kimi digər əqidə prinsiplərinin isbat olunmasına şərait yaransın.

Yuxarıda qeyd olunan bürhandan aydın oldu ki, Vacibul-vücudun səbəbə ehtiyacı yoxdur və o bütün mümkünül-vücudların səbəbidir. Başqa sözlə desək, Vacibul-vücud üçün iki sifət isbat olunur:

1.Onun hər hansı varlığa ehtiyacsız olması. Çünki əgər başqa bir varlığa azacıq belə ehtiyacı olsa həmin başqa varlıq onun illəti olacaqdır və bildiyimizə görə, fəlsəfi mənada səbəbin mənası budur ki, başqa varlıq ona ehtiyaclı olsun.

2.Mümkünül-vücud olan varlıqlar Onun (vacibul-vücud) məlulu və Ona ehtiyaclıdırlar. Bu da onların yaranması üçün ilkin səbəbdir.

Bu iki nəticədən istifadə edərək onlardan lazım gələnləri bəyan edir, Vacibul-vücudun səlbiyyə və sübutiyyə sifətlərini isbat edirik. Əlbəttə fəlsəfə və kəlam kitablarında onların hər birinin isbatına dair çoxlu bürhanlar qeyd olunmuşdur, lakin biz mətləbin mənimsənilməsinin asan olması, yığcamlığa riayət edilməsi və mətləblərin arasında bağlılığı nəzərə almaqla elə bürhanları seçmişik ki, onların yuxarıdakı bürhanla olan əlaqəsi saxlanılsın.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin