Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə53/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   49   50   51   52   53   54   55   56   ...   289

ON BİRİNCİ DƏRS

DİGƏR FELİ SİFƏTLƏR

Müqəddimə

İradə

Hikmət

Kəlam

Sidq (doğruçuluq)


MÜQƏDDİMƏ


Kəlam elmində münaqişəli məsələlərdən biri də ilahi iradə məsələsidir. Bu barədə bir çox cəhətlərdən, məsələn, “iradə zati sifətdir, yoxsa feli sifət”, yaxud “qədimdir, ya yeni?”, “vahiddir, yoxsa çoxdur?” deyə ixtilaf və mübahisə yaranmışdır. Bütün bunlar fəlsəfədə iradə, xüsusilə ilahi iradə barədə aparılan bəhslərdən ayrıdır.

Aydındır ki, indiki mövzu barədə geniş bəhs bu kitaba sığmaz. Ona görə də əvvəlcə iradənin məfhumu haqqında şərh verir, daha sonra ilahi iradə ətrafında qısa söhbətə başlayırıq.


İRADƏ


Camaat arasında “iradə” kəlməsi iki mənada işlədilir: biri sevmək, digəri isə işi görmək üçün qərara gəlmək.

Birinci mənası işlənmə baxımından çox geniş yayılmışdır. Həm xarici əşyaları, həm şəxsin öz işlərini, həm də başqalarının işlərini sevməyə deyilir.1 Amma ikinci mənası yalnız şəxsin öz işlərilə bağlı işlədilir.

İnsan barəsində iradənin birinci mənasının (məhəbbət, istəmək) nəfsani səciyyələr və nəfsin zahiri xüsusiyyətlərindən olmasına baxmayaraq, əql onun nöqsanlı cəhətlərini təcrid etməklə cövhəri (əsli, mahiyyəti olan) varlıqlara, hətta Mütəal Allaha belə aid edilə bilən ümumi bir məfhum əldə edə bilər. Belə ki, elm barəsində də həmin işi görür. Buna görə də Allahın Öz Zatına nisbət verdiyi məhəbbətə aid edilən “hübb” kəlməsi zati sifətlərdən biri hesab olunur. Əgər “ilahi iradə” dedikdə məqsəd kamalı sevmək olsa (belə ki, ilk mərtəbədə sonsuz ilahi kamala aid olur. Sonrakı mərtəbələrdə digər varlıqların kamallarına aid edilir), məhz Onun kamalının əsərləri olduğuna görə bunu zati, qədim, vahid sifətlərdən və Müqəddəs Zatının eyni hesab etmək olar.

Amma bir işi görmək üçün qərara gəlmək mənasında olan iradə, şübhəsiz, feli sifətlərdəndir. Hadis (yeni) və yaranan işə aid olması baxımından zamanla şərtlənməyə qabildir. Buna Quranda da rast gəlmək olur.2 Lakin diqqət yetirmək lazımdır ki, Mütəal Allahın feli sifətlərlə vəsf olunmasının mənası Onun zatında dəyişikliyin hasil olması, yaxud Onda bir ərəzin (zahiri xüsusiyyətin) yaranması deyildir. Əksinə, mənası budur ki, Allahın zatı ilə məxluqatın arasında olan əlaqə və nisbət xüsusi nəzərdən və müəyyən şəraitlərdə mülahizə olunur. Buradan da feli sifətlərdən biri olan məfhumun meydana çıxmasına səbəb olur ki, məhdud və müqəyyəd (qeyd və şərti olan) şeyə aid edilmə baxımından müəyyən şərtlərə malik olacaqdır. Bu da “harada isə olmaq” və “çoxluq” ifadə edən əlaqəli bir məfhumdur. Çünki əlaqə iki tərəfə tabedir. Tərəflərdən birinin hadis və çoxluğu bu xüsusiyyətlərin əlaqəyə də sirayət etməsi üçün kifayətdir.


HİKMƏT


İlahi iradə haqqında qeyd olunan izahlara diqqət yetirməklə aydın olur ki, bu iradə bir şeyin icad olunmasına elə-belə, boş-boşuna aid olmur. Əksinə, əşyaların ilahi iradə əsasında yaranması onların kamal, xeyir və məsləhətinə əsaslanır. Maddiyyatın qarşılıqlı mübarizəsi onlardan bəzilərinin digərinin vasitəsi ilə azalıb-artmasına səbəb olduğundan ilahi məhəbbətin kamalı tələb edir ki, onların məcmusu, onlara daha artıq xeyir və kamal çata biləcəyi şəkildə olsun. Bu kimi əlaqələrin müqayisə olunmasından “məsləhət” məfhumu əldə olunur. Halbuki məsləhət məxluqatın vücudundan ayrı bir iş deyildir, buna görə də o, nəinki ilahi iradəyə, hətta, onların yaranmasına da təsir qoya bilməz.

Bir sözlə, Allahın işləri Onun elm, qüdrət, kamal və xeyrə məhəbbət kimi zati sifətlərindən qaynaqlandığından həmişə məsləhətə malik olan bir şəkildə gerçəkləşir, yəni onlara ən çox kamal və xeyir çatır. Belə bir iradə “hikmətli iradə” adlandırılır. Buradan da Mütəal Allah üçün fel məqamında həkim adlı digər bir sifət də irəli gəlir ki, feli sifətlərdə olduğu kimi zati sifətlərə qayıtmağa qabildir.

Əlbəttə, diqqət yetirmək lazımdır ki, hər hansı bir işi məsləhətə görə yerinə yetirməyin mənası məsləhətin Mütəal Allah üçün əsas məqsəd olması deyildir; əksinə, o bir növ ikinci dərəcəli hədəf sayılır, əsl səbəb işlərin görülməsi üçün sonsuz zati kamala olan məhəbbətdir ki, onun nəticəsində bu, varlıqların kamalına da aid olur. Məhz buna görə də deyilir ki, Allahın felləri üçün əsl (köklü) səbəb elə faillik səbəbidir və Mütəal Allah Öz zatına əlavə ola biləcək digər hədəf və məqsədə malik deyildir. Amma bu məqsədin varlıqların kamal, məsləhət və xeyrinin ikinci dərəcəli və əsas hədəf ünvanı kimi hesab olunması ilə ziddiyyət təşkil etmir. Bu mənaya əsasən Qurani-kərimdə Allahın felləri müəyyən işlərlə əlaqələndirilmişdir ki, onların da hamısı məxluqatın xeyir və kamalına qayıdır. Necə ki, işlərin ən yaxşısının seçilməsi, imtahan, Allaha bəndəçilik, Allahın əbədi və xüsusi rəhmətinə nail olmaq da insanın yaradılışı üçün müəyyən hədəflər kimi zikr olunmuşdur ki, onlardan hər biri digərinin müqəddiməsidir.1


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin