İKİ MÜHÜM NƏTİCƏ
Fellərdə tövhidin nəticəsi bundan ibarətdir ki, insan Allahdan başqa heç kəsi və heç bir şeyi sitayişə layiq görməsin. Çünki əvvəllər də işarə etdiyimiz kimi bəndənin xaliqi və rəbbi olan kəsdən başqası ibadətə layiq deyildir. Başqa sözlə desək bu məsələ üluhiyyət, xaliqiyyət və rübubiyyəti gərəkli edir.
Digər tərəfdən tövhidin sonuncu mənasından belə nəticə alınır ki, insan yalnız Allaha etimad etməlidir, bütün işlərdə Ona təvəkkül etməli, yalnız Ondan kömək istəməli, yalnız Ona ümidvar olub, yalnız Ondan qorxmalı, hətta adi səbəblər onun ehtiyac və istəklərini təmin etmək üçün mövcud olmazsa, yenə də ümidini kəsməməlidir, çünki Allah qeyri-adi yollarla da onun ehtiyacını təmin edə bilər.
Belə bir şəxs Allahın xüsusi vilayəti altında qərar tutur, sonsuz və misilsiz ruhi asayişdən bəhrələnir.
“Agah olun ki, Allah dostları üçün heç bir qorxu yoxdur və onlar qüssələnməzlər.”1
Bu iki nəticə hər bir müsəlmanın gündə heç olmazsa on dəfə təkrar etdiyi aşağıdakı şərif ayədə yerləşdirilmişdir:
“İyyakə nəbudu və iyyakə nəstəin – Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik.”
Dostları ilə paylaş: |